Azərbaycan səfiri İtaliyanın təhsil naziri ilə görüşüb

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə İtaliyanın təhsil naziri Stefania Giannini ilə görüşüb.

Azərbaycanın İtaliyadakı səfirliyindən Diaspora.az saytına verilən məlumata görə, görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Səfir M. Əhmədzadə italiyalı nazirə Azərbaycanda təhsil sektoru və bu sahədə həyata keçirilən islahatlar barədə ətraflı məlumat verib, Azərbaycan və İtaliya arasında təhsil sahəsində əməkdaşlığın inkişafı üçün iki ölkənin müvafiq nazirlikləri, təhsil müəssisələri, elmi-tədqiqat mərkəzləri arasında əlaqələrin və mübadilələrin vacibliyini qeyd edib.

Əvvəllər Perudca Universitetinin rektoru və senator kimi Azərbaycana səfərlər etdiyini deyən S. Giannini ölkəmiz haqqında xoş təəssüratlarını bölüşüb. Nazir iki ölkə arasında təhsil sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğunu bildirib və növbəti illərdə əməkdaşlığın daha da geniş vüsət alacağına əminliyini ifadə edib.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

13 Aprel 2016

By
@
backtotop