Fransalı xanım senator erməni təcavüzünü PİSLƏDİ

Fransanın En (Ain) rayonunun senatoru Silvi Qo-Şavan dinc əhaliyə və Azərbaycan Respublikasının ərazisinə qarşı erməni təcavüzünü pisləyən bəyanat verib.

Azərbaycanın Fransadakı səfirliyindən Diaspora.az-a verilən məlumata görə, senator erməni qüvvələrinin qanunsuz şəkildə Dağlıq Qarabağ vilayətini və ətrafındakı yeddi rayonu işğal etdiklərini xatırladıb. O, Ermənistanı fasiləsiz təxribatlarını dayandırmağa və beynəlxalq hüquqa hörmət edərək öz silahlı qüvvələrinin çıxarılması barədə BMT Təhlükəsizlik Şurasının qətnamələrini həyata keçirməyə çağırır.

Senator regionu xaosa aparan bu faciəli gərginliyə son qoymaq üçün Azərbaycanın birtərəfli qaydada atəşkəs qərarını qəbul etdiyini xatırladıb və Ermənistanı tərəfini də bunu etməyə çağırır: “Mülki əhalini qıran, qadın və uşaqları öldürməyə tərəddüd etməyən erməni qüvvələri tərəfindən işğal olunan Dağlıq Qarabağ vilayəti və onun ətrafındakı yeddi rayon, sabitlik adası olan, Fransanın iqtisadi tərəfdaşı və terrorizmə qarşı əvəzedilməz müttəfiqi Azərbaycan Respublikasına aiddir”.

Diaspora.az

13 Aprel 2016

By
@
backtotop