Dünya Azərbaycanlıları Konqresi İzmirdə toplandı: “Qarabağa görə”

İzmirdə Dünya Azərbaycanlıları Konqresi və Azərbaycan Qardşlıq və İş Birliyi dərnəyi son günlər Qarabağda baş verən hadisələrlə əlaqədar olaraq mətbuat konfransı kecirib.

Diaspora.az saytı xəbər verir ki,Dünya Azərbaycanlıları Konqresi (DAK) olaraq Ermənistanın atəşkəs rejimini bir daha pozaraq Azərbaycana qarşı törətdiyi son hərbi təxribatları pisləyib. DAK sədri Asif Qurban cıxış edərək Azərbaycanın erməni işğalinda olan Dağlıq Qarabağla bağlı baş verənləri belə dəyərləndirib.

“Dünya Azərbaycanlıları Konqresi (DAK) olaraq Ermənistanın atəşkəs rejimini bir daha pozaraq Azərbaycana qarşı törətdiyi son hərbi təxribatları pisləyir və bunların dərhal durdurulmasını tələb edirik. Ermənistan silahlı qüvvələri növbəti dəfə Aprel ayının 2-nə keçən gecə Azərbaycan dövləti və xalqına qarşı silahlı təxribat törədərək yaşayış məntəqələrini və dinc sakinləri ağır hərbi texnikalardan atəşə tutmuşdu. Ermənistanın təcavüzkar və təxribatçı hərəkətləri nəticəsində Azərbaycanın 12 hərbi qulluqçusu şəhid olmuşdur.Azərbaycan bu addıma cavab olaraq əks-hücuma keçərək düşməni geri çəkilməyə məcbur etmişdir.

Ermənistanın hərbi işğalı ilə üzləşən Azərbaycan beynəlxalq hüquq çərçivəsində haqlı olaraq Ermənistana tutarlı cavabı vermiş və bu təxribatçı siyasətlərini dəvam etdirəcəkləri təqdirdə misliylə cavab verməyə dəvam edəcəkdir“. Azərbaycanın qonşu Ermənistanın işğalçılıq siyasətindən və bundan irəli gələn humanitar fəlakətdən, erməni terror dalğasından ciddi əziyyət çəkməsinə də toxunan A.Qurban bildirib ki: “Eerməni terror təşkilatları Azərbaycanda 300-dən artıq terror aktı törədib, Dağlıq Qarabağdakı və ətrafdakı şəhər və kəndlərimiz yerlə-yeksan edilib, nəticədə minlərlə vətəndaşımız qətlə yetirilib, yaralanıb və itkin düşüb. İşğalçılıq, dini və milli ayrı-seçkilik, terror Ermənistanın dövlət siyasəti olub və təəssüf ki, bu gün də davam etdirilir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Azərbaycana ərazi bütövlüyünü bərpa etməyə tam hüquq verir. Ermənistan, işğalçı qoşunlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı beynəlxalq təşkilatların çoxsaylı çağırışlarına baxmayaraq işğalı davam etdirir və təmas xəttində təxribatlar törədir“, deyə sözünə davam edib.

Dünya ictimaiyyətinin Ermənistanın son təxribatçı fəaliyyətini qəti şəkildə pisləməli olduğuna toxunan DAK sədri:

“Ermənistan silahlı qüvvələrinin iri çaplı silahlardan istifadə edərək törətdiyi təxribatlarının qarşısı alınmasa, bu bölgədə ağlasığmaz mənfi nəticələrə yol açacaqdır. Xüsusilə də ATƏT-in Minsk qrupu öz mandatından yararlanaraq bütün imkanlarından istifadə edib təyziq rıçaqlarını işə salmalıdır ki, Ermənistanaın hərbi təcavüzünün qarşısı alınsın. Azərbayan tərəfi Ermənistanın mütamadi olaraq yürütdüyü təxribat xarakterli siyasətinin və hərbi təcavüzünün qarşısını almaq üçün öz xalqını, öz torpağını qoruyur.

Azərbaycan Silahlı Qüvvələrinin beynəlxalq qurumların təkidli müraciətlərini də nəzərə alaraq işğal olunmuş ərazilərilərdə düşmənə qarşı əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırdığını açıqlayan Qurban “bu, Azərbaycanın sülhsevər dövlət olduğunun və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə üstünlük verdiyinin göstəricisidir. Eyni zamanda Azərbaycan tərəfin məlum humanist qərarı Ermənistanın vəziyyəti real qiymətləndirməsi və ağlını başına yığması üçün bir şansdır. Azərbaycan Ordusu qoşunların təmas xəttində düşmənə unudulmaz dərs verdi. Ermənistanın bu şansdan necə istifadə edəcəyini və verilmiş dərsdən hansı nəticə çıxaracağını isə zaman göstərəcək. Bundan sonra da düşmənin bütün təxribatlarının cavabsız qalmayacağına və düşmənə bundan sonra da layiqli cavab veriləcəyindən millət olaraq əminik.Çünki Azərbaycanın qüdrətli və rəşadətli ordusu var” deyə vurğulayıb.

DAK sədri, Azərbaycanın işğal altında olan ərazisinə 400-ün üzərində PKK-lının yerləşdirilməsinə də toxunub və Ermənistanın və PKK-ın işbirliyinin sülhə xidmət etmədiyini dilə gətirib:

“Əslində Ermənistan rəhbərliyinin beynəlxalq qurumlar və dünya dövlətləri tərəfindən terror təşkilatı kimi tanınan PKK ilə birgə fəaliyyəti rəsmi İrəvanın kimliyini ortaya qoyan faktdır. Qəndil və Qamışlıdan gələn terrorçular Ağrıdan Ermənistana geçir və Sevan Gölü bölgəsindən PKK-ya ayrılan Vardanes düşərgəsinə gətrib. Orada təlimat aldıqdan sonra PKK-lı terrorçular Qarabağda yaranmış vəziyyəti daha da qızışdırmaq üçün Azərbaycanın işğal altında olan bölgələrinə göndərilib. Odur ki, Beynəlxalq qurumlar o cümlədən ATƏT-in Minsk qrupunu təmsil edən dövlətlər ABŞ, Rusiya və Fransa Ermənistan rəhbərliyinin sərgilədiyi mövqeyə qarşı qətiyyətli addımlar atmalıdırlar. Əks təqdirdə DQ-da vəziyyətin hər an qarışa biləcəyi ehtimalı qalacaq”. Məbuat Konfiransında 29 Qeyri Hökümət Təşkilatı İştirak edib. Və onlar birlikdə bəyanat qəbul ediblər.

Bəyanatda dünyanın olanlara ikili yanaşması pislənilib. Bəyanata imza atanlar təşkilatların siyahısını təqdim ediri:

1. Aydın Özcan – İzmir Baro Başkanı

2. Turgay Esen – İl Dernekler Müdürü

3. Mehmet Tozlu – AK Parti İl Başkan Yardımcısı

4. Bahadır – MHP İl Başkan Yardımcısı

5. Birlik Vakfı İzmir Şubesi

6. Mustafa Tamer – Mustaf Vakfı

7. Ömer Alper Erdem – Türk Ocakları İzmir Şubesi

8. Ahmet Doğruyol – Kamu-Sen İzmir İl Temsilcisi

9. Nebi Yay – Türk Büro -Sen İl Temsilciliği

10. Hasan Şen – Türk Eğitim – Sen İl Temsilciliği

11. Turgay Yokuş – İzmir Kent Federasyonu ve İzmirliler Derneği

12. Vahap Savaşan – Balkan Dernekleri Federasyonu

13. Cengiz Bulut – İzmir Belediye Başkanları Birliği

14. Ekrem Selimler – Uluslararası Balkan Dernekleri Federasyonu

15. Fahriye Ersoy – Balkan Göçmenleri Derneği

16. Mevlüd Kaplan – KIBATEK Derneği

17. Kenan Doğan – Zekariya Doğan Kültür Derneği

18. Abdullah Gül – Bosna –Sancak Derneği

19. İsmet Alpaslan – Ege Kafkaslılar Sevgi ve Kömek Derneği

20. Kevser Külahçıoğlu – Talat Paşa Komitesi İzmir Şubesi

21. İbrahim Agara – Ahıska Türkleri Derneği

22. Murat Unganer – Ege On İki Adalar Dostluk ve Yardımlaşma Derneği

23. Mehmet Serbest – Avrasya Türkleri Derneği

24. Ömer Ok – Sancak Kosova Rumeli Derneği

25. Celal Öcal – Türk Dünyası İnsanHakları Derneği

26. Çağlar Erberk – Kazakistan Kültür Derneği

27. Öztürk Bağcı – Iğdırlılar Dostluk Derneği

28. Necati Şahin – Sivaslılar Derneği

29. Timur Taş – İrak Türkleri Derneği

Diaspora.az

11 Aprel 2016

By
@
backtotop