BMT-nin binası qarşısında erməni təxribatına qarşı AKSİYA: ““Ermənistan işğalçıdır!”-FOTO

Nyu Yorkda erməni təxribatına etiraz edilib. Aprelin 9-da BMT-nin Nyu Yorkdakı mənzil qərərgahı qarşısında etiraz mitinqi keçirilib.

Diasporla iş üzrə Dövlət Komitəsindən Diaspora.azsaytına verilən məlumata görə, Nyu York Assosiasiyasının təşkilatçılığı ilə baş tutak aksiya son günlər Ermənistan ordusunun cəbhə xəttində törətdiyi hərbi təxribatlara etiraz etmək məqsədilə təşkil edilib.

Xeyli  sayda türk və azərbaycanlının iştirak  etdiyi mitinqdə “Qarabağ bizimdir, bizim olacaq!”, “Qarabağa ədalət!”, “Vətən, biz səninləyik!”, “Ermənistan işğalçıdır!” şüarlarını səsləndirilib.

Aksiyada çıxış edənlər 1-5 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasını  və dinc əhalinin öldürülməsini qətiyyətlə pisləyib, işğalçı Ermənistandan təcavüzkarlıq siyasətindən əl çəkməyi tələb ediblər.

Etiraz aksiyası ilə eyni vaxtda BMT-nin Nyu Yorkdakı mənzil qərərgahı qarşısında erməni lobbisinin nümayəndələri tərəfindən  müdaxiləyə  cəhd edilsə də nəticəsiz qalıb və mitinq dinc şəraitdə başa çatıb.

Diaspora.az

a c d e f l

11 Aprel 2016

By
@
backtotop