İtaliyadakı gənclərimiz: “Ürəyimiz hər zaman Azərbaycanla döyünür”

Son günlərdə cəbhə bölgəsində baş verənlər Azərbaycan xalqında ruh yüksəkliyi yaratdı.Təkcə Azərbaycanda yaşayan azərbaycanlılar yox, eyni zamanda ölkə hüdudlarından uzaqda yaşayan azərbaycanlılar da baş verənlərə müəyyən vasitələrlə öz münasibətlərini bildirdilər. Fərqli-fərqli ölkələrdə yaşayan azərbaycanlılar, birlik nümayiş etdirərək, xalqımızı tək qoymadılar. Həm xalqımıza dəstək oldular, həm də Ermənistanın yürütdüyü işğalçı siyasətə qarşı kəskin formada etirazlarını bildirdilər.

Biz də, İtaliyada fəaliyyət göstərən Azərbaycan İtaliya Gənclər Assosasiyası olaraq, İtaliyada təhsil alan və yaşayan azərbaycanlılarla birlikdə həmrəylik nümayiş etdirərək, cəbhə bölgəsində yaşanan son hadisələrlə bağlı, ermənistanın təcavüzkar və işğalçı siyasətinə qarşı etiraz aksiyaları təşkil etdik.

İlk etriaz aksiyası İtaliya Parlamentinin önündə baş tutdu. Əllərində “ Rədd olun Azərbaycan torpaqlarından”, “ Erməni terroruna son”, “Qarabağa azadlıq”, “ Sarkisyan uşaq qatilidir”, “Qarabağ tarixi Azərbaycan torpağıdır” və s. şüarlar və  həmçinin Azərbaycan bayraqları  olan  azərbaycanlılar  İtaliya Parlamenti önünə toplaşaraq baş verən hadisələrə etriazlarını bildirdilər.

Növbəti gün  etiraz aksiyası Ermənistanın Romada yerləşən səfirliyi önündə baş tutmalı idi. Xeyli təzyiqlərə baxmayaraq, azərbaycanlı gənclər ilk öncə Romanın mərkəzində yerləşən Respublika meydanında, daha sonra isə Ermenistan səfirliyinin önündə etirazlarını davam etdirdilər.

Bildiyiniz kimi, Roma şəhəri turist sayı baxımından öndə gedən şəhərlərdəndir. Elə  bu səbəbdən də, aksiya üçün elə yerlər seçilmişdi ki, bizim səsimizi təkcə yerli italyanlar yox, həmçinin dünyanın müxtəlif ölkələrindən Romaya səfər edən əcnəbilər də eşitmiş, görmüş olsunlar. Və biz istəyimizə nail ola bildik. Etiraz aksiyaları zamanı, xeyli sayda turistlər yaxınlaşaraq məlumat alırdılar, şəkillər çəkirdilər.

Sonda onu da qeyd etmək istəyirəm ki, biz Azərbaycandan nə qədər uzaq da olsaq da, ürəyimiz hər zaman Azərbaycanla döyünür.Burda yaşayan,təhsil alan hər bir azərbaycanlı təhsillərindən əlavə olaraq, ölkəmizin tanıdılması, Azərbaycan reallıqlarının İtalyan cəmiyyətinə çatdırılması istiqamətində yorulmadan əllərindən gələni əsirgəmirlər. Dövlətimizin beynəlxalq arenada qazandığı uğurlar, hər bir azərbaycanlını sevindirir və biz bununla fəxr edirik.

Burdan bir daha bəyan edirik ki, biz hər zaman xalqımızn yanındayıq. Dövlətimizə, ordumuza apardığı bu ağır mübarizədə uğurlar arzu edirik, torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçərək qəhrəmancasına şəhid olan qardaşlarımıza tanrıdan rəhmət diləyir, ailələrinə isə başsağlığı veririk.

Emin Rüstəmov

Azerbaycan İtaliya Gencler Assosasiyasının (AİGA) həmsədri 

09 Aprel 2016

By
@
backtotop