İsveçdəki azərbaycanlılar etiraz mitinqi keçirdi

Aprelin 9-da İsveçdə yaşayan azərbaycanlılar Stokholmun Sergels Torq meydanında son günlər Ermənistan ordusu tərəfindən atəşkəsin pozulması və cəbhədə törətdikləri hərbi təxribatlara etiraz etmək məqsədi ilə mitinq keçiriblər.

Diasporla iş üzrə Dövlət Komitəsindən Diaspora.az saytına verilən məlumata görə, aksiyada iştirak edən Azərbaycan, türk və uyğur diaspor təşkilatları nümayəndələrinin sayı 250-dən çox olub.

Çıxış edənlər son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını, Azərbaycan qoşunları ilə təmas xəttində təxribatçı cəhdlərin törədilməsini və dinc əhalinin öldürülməsini qəti şəkildə pisləyiblər.

Mitinqdə Ermənistan dövlətindən Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etmək tələb edilib.

Aksiyanın sonunda iştirakçılar tərəfindən qəbul edilmiş bəyanat İsveç Parlamentinə təqdim edilib və poçtla Ermənistan Respublikasının İsveçdəki səfirliyinə göndərilib.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

09 Aprel 2016

By
@
backtotop