Türkiyə səfiri: “O zaman Azərbaycan vəTürkiyə indiki kimi deyildi”

“Bu il Azərbaycanın müstəqilliyinin 25 illiyi tamam olur. Biz bunu Türkiyə olaraq təmtəraqla anmaq istəyirik. Bununla bağlı bir neçə layihə üzərində çalışırıq. Müstəqilliyin yubileyini Naxçıvandakı vaxtı ilə Türkiyə Azərbaycan arasında salınmış “Ümid” körpüsündə qeyd etmək istəyirik”.

Diaspora.az xəbər verir ki, bu barədə Modern.az saytına açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alpər Coşqun deyib.

Türkiyə səfiri bildirib ki, “Ümid” körpüsünün Türkiyə və Azərbaycan arasındakı əlaqələrdə əvəzedilməz rolu var:

“Çünki bu körpünün Azərbaycanın müstəqilliyi, suverenliyi və Türkiyə ilə əlaqələri baxımından əvəzsiz rolu var. Deputat Fəttah Heydərovla da söhbətimiz zamanı xahiş etmişəm ki, Naxçıvandakı “Ümid” körpüsünün tarixinin canlı şahidlərindən biri kimi bunu bizim layihəmizə danışmaqda kömək etsin. Biz istəyirik ki, “Ümid” körpüsünün tarixi əbədiləşdirmək üçün sənədli bir film çəkək. O dövr haqqında ha çox bilgisi olan insanları da layihəyə qatacağıq”.

“İki ölkə arasında “Ümid” körpüsü salınan zaman Azərbaycan və Türkiyə indiki kimi deyildi. Buna baxmayaraq körpü salınandan sonra iki dövlət aralarındakı əlaqələr yüksək səviyyəyə gəlib çatdı”-deyə İsmayıl Alpər Coşqun söyləyib.

Qeyd edək ki, bu ilin oktyabr ayında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunmasının 25 illik yubileyi olacaq. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb.

Oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs veriblər.

Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.

1992-ci il may ayının 28-də Türkiyənin o vaxtkı Baş naziri Süleyman və Naxçıvan Ali Məclisinin o zamankı sədri Heydər Əliyevin təşəbbüsü ilə Türkiyə ilə Naxçıvan arasında “Ümid” körpüsünün açılışı olub. Araz çayı üzərində uzunluğu 288 metr, eni 12 metr, ümumi smeta dəyəri 5 milyon manat olan təşkil edib.

Diaspora.az

09 Aprel 2016

By
@
backtotop