Medvedev: “Qarabağ münaqişəsi dondurulmuş qalsa yaxşıdır”

Rusiyanın baş naziri Dmitri Medvedev növbəti dəfə Dağlıq Qarabağ münaqişəsindən söz açıb.

Diaspora.az xəbər verir ki, hökumət başçısı “Rossiya 1” televiziya kanalının “Vesti v subbotu” proqramına müsahibəsində Rusiyanın Dağlıq Qarabağ probleminin nizamlanmasına başladığını bildirib.

Onun sözlərinə görə, əsas məsələ atəşi saxlayıb danışıqlar masasına oturmaqdan ibarətdir.

Medvedev deyib ki, Rusiya münaqişənin uzanmamasına çalışır.

“Bütün olanlardan sonra təsir gücünə malik, həm Ermənistan, həm Azərbaycanla tərəfdaşlıq münasibətləri olan bir dövlət kimi Rusiya münaqişənin uzanmaması üçün ondan asılı olan hər bir şeyi etməli idi. Biz istəyirik ki, konflikt permanent mərhələyə qədəm qoysun.

Ona görə Rusiya prezidenti Putin Azərbaycan prezidenti İlham Əliyevə və Ermənsitan prezidenti Serj Sarkisyana zəng vurdu, mövqeyimizi ifadə etdi”.

Maraqlıdır ki, baş nazir münaqişənin dondurulmuş qalmasının daha yaxşı olduğuna diqqət çəkib:

“Münaqişənin dondurulmuş vəziyyətdə saxlanılması, başqa sözlə, onun sürətli həllindən imtina etməklə insan həyatını qurban verərək həll edilməsi arasında seçim etməyimlə bağlı məndən soruşsanız, mən birincini seçərdim. İndiki vəziyyətin qalması daha yaxşıdır, nəinki qan tökülməsi”.

Medvedev Rusiyanın Azərbaycana və Ermənistana silah satmasına da münasibət bildirib.

“Əgər Rusiya Ermənistan və Azərbaycana silah satışını dayandırarsa, onun yerini başqa ölkələr tutacaq. Təsəvvür edin ki, Rusiya bu roldan imtina etsə, yer boş qalmayacaq. Tərəflər başqa ölkələrdən silah alacaqlar”,-deyə o qeyd edib.

Diaspora.az

09 Aprel 2016

By
@
backtotop