Kiyevdə Ermənistan səfirliyi qarşısında AKSİYA: “Evimə qayıtmaq istəyirəm!”

Kiyevdə Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən Diaspora.az-a verilən məlumata görə, Ukraynada fəaliyyət göstərən Azərbaycan gənclər təşkilatlarının fəal üzvlərinin təşəbbüsü ilə Ermənistanın Ukraynadakı səfirliyi qarşısında etiraz aksiyası təşkil olunub.

Aksiyanın məqsədi son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən hərbi təxribatlara etiraz etmək olub.

Aksiya iştirakçıları  “ Qarabağ Azərbaycanındır” , “Qarabağ bizimdir” “ Ermənilər, Qarabağdan rədd olun!”  kimi şüarlar səsləndiriblər.Həmçinin, əllərində 3 dildə (Azərbaycan, ukrayna və ingilis) “Erməni aqressiyasına son!” , “Mən Qarabağa- evimə qayıtmaq istəyirəm!” plakatları tutublar.

Mitinqdə çıxış edən gənclər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinə dəstəklərini ifadə ediblər . Onlar 1-5 aprel tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin pozulmasını  və dinc əhalinin öldürülməsini qətiyyətlə pisləyib,Ermənistan dövlətindən Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməyi tələb ediblər.

Nümayişçilər Ermənistan səfirliyi binasının giriş qapısının qarşısında üzərində “artıq İşğal olunmuş torpaqlardan qaçmağın vaxtıdır”” sözləri yazılmış çantalar qoyublar.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

09 Aprel 2016

By
@
backtotop