Türkiyə universitetləri erməni təcavüzünü pislədi

Türkiyə Universitetləri erməni təcavüzünə etiraz edir.

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən Diaspora.az-a verilən məlumata görə, Türkiyənin bir sıra universitetlərinin professor və müəllim heyəti, həmçinin, Türkiyədə yaşayan və fəaliyyət göstərən azərbaycanlı elm və  incəsənət nümayəndələri Ermənistanın hərbi təxribatları ilə əlaqədar bəyanatlarla çıxış ediblər.

Bu universitetlərə Qars Qafqaz Unvisersiteti Dövlət Konservatoriyası, Selçuk Univeristeti Konservatoriyası, Atatürk Universiteti, Qaziosmanpaşa Universiteti, Karadeniz Texniki Universiteti, Ağdeniz Universiteti daxildir. Bəyanatlar Teymur Rzayev, Nigar İsmayılqızı,İslam Manafav da daxil olmaqla ümumilikdə 27 nəfər elm və incəsənət adamı tərəfindən imzalanıb.

Bəyanatlarda Ermənistan ordusunun aprelin 1-dən 2-ə keçən gecə cəbhəboyu ərazilərdə atəşkəsi pozaraq yaşayış məntəqələrini atəşə tutması nəticəsində mülki əhalinin öldürülməsi faktı pislənilib.

Həmçinin, bildirilir ki, 1988-ci ildən 1994-cü ilə qədər Ermənistan hərbi birləşmələri Dağlıq Qarabağ və ətraf  7 rayonu da daxil olmaqla Azərbaycanın 20 faiz torpağını işğal edib. Nəticədə , bir milyon əhali öz doğma yurdlarından  didərgin düşüb, 20.000 insan həlak olub, 50. 000 nəfər yaralanıb və ya əlil olub və Azərbaycan Respublikasının təxminən 5 000 vətəndaşı indiyədək itkin düşüb.

1994-cü ilin 12 mayında Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında saziş imzalansa da, son 22 il ərzində Ermənistan dövləti mütəmadi olaraq atəşkəs rejimini pozur, mülki əhalinin və Azərbaycan Silahlı Qüvvələrinin heyəti üzvlərinin həyatlarına təhlükə yaradır.

Türkiyə ziyalıları Ermənistanın son günlər həyata keçirdiyi hərbi təxribatları qınayır, dünya ictimaiyyətini baş verənlərə biganə yanaşmamağa çağırır. Bəyanatlarda həmçinin, Ermənistan dövlətindən Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etmək tələb edilib.

Qeyd edək ki, bəyanatlar Türkiyədə yaşayan elm və incəsənət adamları (Teymur Rzayev, Nigar İsmayılqızı,İslam Manafav) da daxil olmaqla 27 nəfər professor və müəllim tərəfindən imzalanıb.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

09 Aprel 2016

By
@
backtotop