Avstraliyadan ordumuza DƏSTƏK: “Əsgərlərimizləyik”

Avstraliyada Ermənistan ordusunun təxribatlarına qarşı etiraz aksiyası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən Diaspora.az-a verilən məlumata görə, aprelin 8-də Avstraliyanın paytaxtı Kanberra şəhərində bu ölkədə fəaliyyət göstərən Azərbaycan və Türkiyə diaspor nümayəndələri tərəfindən aksiya keçirilib.

Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyəti və azərbaycanlıların Avstraliyada fəaliyyət göstərən digər diaspor təşkilatlarının təşkilatçılığı ilə baş tutan aksiya son günlər Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində Ermənistanın intensivləşən təxribatçı hərəkətlərinə etiraz məqsədilə təşkil edilib.

Əllərində Azərbaycan bayraqlarını dalğalandıran azərbaycanlılar Azərbaycanın ərazi bütövlüyünün bərpasına və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində aparılan danışıqlar prosesində tutduğu ədalətli mövqeyə dəstək olduqlarını ifadə ediblər.

Aksiyada “Qarabağ Azərbaycan ərazisidir”, “İşğalçı Ermənistan, Azərbaycan torpaqlarından rədd ol!”, “İşğala son!”, “Azərbaycan torpaqlarını öz xoşunla tərk et”, “Əsgərlərimizləyik” kimi şüarlar səslənib.

Qeyd edək ki, mitinq Avstraliyadakı erməni təşkilatlarının Azərbaycanın Kanberradakı Səfirliyi önündə Azərbaycan əleyhinə keçirdiyi aksiyası ilə paralel olaraq keçirilib. Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Həcər Qoç bildirib ki, vəziyyət nə qədər gərgin olsa da, onlar ermənilərin hay-küyünə lazımi səviyyədə cavab veriblər. Saylarını çox göstərmək istəyən ermənilər mitinqə özləri ilə balaca uşaqları və yaşlı qadınları belə gətirməkdən çəkinməyiblər.

Diaspora.az

08 Aprel 2016

By
@
backtotop