Azərbaycanlıların Ağ Evdə AKSİYASI: “Qarabağ bizimdir”

Amerika Azərbaycanlıları Şəbəkəsi Ağ Ev qarşısında etiraz aksiyası keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən Diaspora.az-a verilən məlumata görə,Vaşinqtonda yaşayan azərbaycanlılar son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı Ermənistan dövlətinə etiraz olaraq Ağ Ev qarşısında aksiya keçirib.

Mitinqdə Azərbaycan diaspor nümayəndələri ilə yanaşı, türk diasporunun da üzvləri iştirak edib.

Aksiya iştirakçıları əllərində Azərbaycan və ABŞ bayraqları tutmaqla yanaşı, “Qarabağ bizimdir, bizim olacaq”, “Ya Qarabağ, ya ölüm”, “Erməni , Azərbaycan torpaqlarını tərk et”, “ Ermənistan etnik təmizləmədə günahkardır”     kimi şüarlar səsləndiriblər.

Çıxış edən aksiya iştirakçıları Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla təmas xəttində törətdiyi hərbi təxribatları qınayıb, Ermənistan tərəfindən atəşə məruz qalan dinc sakinlərin tələfatı və əmlaklarına dəyən ziyanla müşayiət olunan hadisələrdən narahatlıq ifadə ediblər. Aksiyada iştirak edən Amerika Azərbaycanlıları Şəbəkəsinin rəhbəri Adil Bağırov çıxışında bildirib ki, bu gün Azərbaycan diasporu erməni lobbisindən daha fəaldır və  müxtəlif ölkələrdə yaşamasından asılı olmayaraq hər zaman birlik nümayiş etdirir.

Çıxışçılar Ermənistan dövlətindən təcavüzkarlıq siyasətindən əl çəkməyi, Azərbaycandan işğal etdikləri torpaqları geri qaytarmağı tələb ediblər. Həmçinin, Ermənistanın BMT-nin müvafiq qətnamələrini yerinə yetirməsi üçün dünya ictimaiyyətini işğalçı dövlətə təzyiq göstərməyə çağrıblar.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

08 Aprel 2016

By
@
backtotop