Medvedev İlham Əliyevlə görüşündə DANIŞDI: “Rusiya hər şeyi edəcək”

Bu gün Rusiyanın baş naziri Dmitri Medvedev Bakıya səfər edəcək. O, burada Azərbaycan Prezidenti İlham Əliyev və həmkarı Artur Rasi-zadə ilə görüşüb.

Diaspora.az xəbər verir ki, gözlənildiyi kimi, baş nazir Azərbaycan rəhbərliyi ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib .

“Hökumət başçıları Dmitri Medvedevin aprelin 8-də Azərbaycana rəsmi səfərinə hazırlığı müzakirə ediblər. Azərbaycan rəhbərliyi ilə danışıqlar zamanı iqtisadiyyat, ticarət, energetika, sənaye, nəqliyyat infrastrukturu və digər sahələrdə əməkdaşlıq da daxil olmaqla məsələlərin geniş spektrinin nəzərdən keçirilməsi planlaşdırılır”, — deyə Rusiya Nazirlər Kabinetinin mətbuat xidmətinin məlumatında qeyd olunub.

Rusiya baş Naziri Dmitri Medvedev deyib ki, Dağlıq Qarabağda sülhün uzunmüddətli olacağına ümid edir.

Dmitri Medvedev bildirib ki,Rusiya ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynayır.

“Mən özüm də vaxtilə buna xeyli səy göstərdim və qeyd etmək istərdim ki, bütün bunlar boşuna getmədi, itmədi. Hər halda şübhə etməyə bilərsiniz ki, Rusiya Federasiyası bunun üçün bizdən asılı olan hər şeyi edəcək”.

Baş nazir əlavə edib ki, səfər zamanı həmçinin Azərbaycan və Rusiya arasında müzakirə ediləcək bir çox müxtəlif birgə layihələr var.

Medvedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşündə bildirib ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji əməkdaşlıq istiqamətində inkişaf edir.

“Bizim birlikdə iqtisadi, humanitar sahələrdə, siyasi məsələlərlə bağlı çoxsaylı layihələrimiz var. Bu səfərdən həmin məqsədlər üçün maksimum istifadə etmək lazımdır”, – o qeyd edib.

Rusiya hökumətinin başçısı təəssüflə qeyd edib ki, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağmünaqişəsində vəziyyət kəskinləşib:

“Bunun bizi narahat etdiyini gizlətməyəcəyəm. Hər iki dövlətlə münasibət bizim üçün istisnasız olaraq vacibdir. Bununla yanaşı, ATƏT-in Minsk Qrupunun iştirakçısı kimi məsul dövlət olaraq, eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi biz BMT-nin prinsiplərinə sadiq qalırıq”.

Diaspora.az

08 Aprel 2016

By
@
backtotop