Erməni səfir azərbaycanlı səfirlə debatdan qaçdı

“France 24” telekanalı  Azərbaycanın və Ermənistanın Fransadakı səfirlərini Dağlıq Qarabağ bölgəsində baş vermiş son hadisələrlə bağlı teledebata dəvət edib.

Bu barədə Diaspora.az saytına Azərbaycanın Fransadakı səfirliyindən məlumat verilib.

Azərbaycanın Fransada Dostları Assosiyasiyası erməni səfirin debatdan imtina etməsi ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, bu, Ermənistanın atəşkəsi pozduğunu, eyni zamanda beynəlxalq hüquqa və Azərbaycanın tarixi Dağlıq Qarabağ regionunun və onun ətrafında yerləşən 7 digər rayonların qanunsuz  işğal altında saxlamasına dair BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə (822, 854, 874 və 884) riayət etmədiyini bir daha subut edir.

Fransa Milli Assambleyasının deputatı, Azərbaycanın Dostları Assosiyasiyasının prezidenti  Jan Fransua Mansel növbəti dəfə Ermənistan təmsilçilərinin dialoqdan yayındığına təəssüfləndiyini qeyd edib.

O, Ermənistan səfirinin məsuliyyətsiz addımından hiddətləndiyini bildirib.

Deputat Azərbaycanın Ermənistan tərəfindən qeyri-qanuni işğal edilmiş Dağlıq Qarabağ regionunda aprelin 1-dən 2-ə keçən gecə və növbəti günlərdə baş verən faciəli qarşıdurma ilə bağlı Fransanın xarici işlər nazirinə etirazını da  bildirib.

Bu faciəli qarşıdurmaya dərhal və birdəfəlik son qoymaq üçün o Fransanın BMT və ATƏT çərçivəsində ciddi addımlar atılmasını xahiş edib.

Mansel  vurğulayıb ki, Azərbaycanın tarixi Dağlıq Qarabağ regionunun və 7 ətraf rayonlarının Ermənistan tərəfindən qeyri-qanuni işğalı bu regionda sistematik olaraq daha da qanlı və faciəvi toqquşmalara səbəb olur.

“Fransa Ermənistana təzyiq etməlidir və inandırmalıdır ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 mühüm qətnamələrin (822, 854, 874 və 884) Ermənistan tərəfindən icra edilməməsinədək bu regionda davamlı sülhün təmin edilməsi mümkün olmayacaq. Azərbaycanla Ermənistan arasında sülh sazişin imzalanmasının sürətləndirilməsi üçün sözügedən qətnamələrin sülh yolu ilə icrası zəruridir”

Diaspora.az

08 Aprel 2016

By
@
backtotop