​Alman-Azərbaycan Mədəniyyət Assosiasiyası müraciət etdi: “Almaniya KİV-nə”

Alman-Azərbaycan Mədəniyyət Assosiasiyası Ermənistan silahlı bölmələrinin cəbhə xəttində törətdiyi hərbi təxribatlarla əlaqədar Almaniyanın kütləvi informasiya vasitələrinə bəyanat göndərib.

Bu barədə Diaspora.az-a Disporla İş üzrə Dövlət Komitəsinin (DİDK) mətbuat xidmətindən bildirilib.
Bəyanatda qeyd olunub ki, aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Ermənistan silahlı bölmələrinin Azərbaycan Ordusunun mövqelərini iriçapli silahlardan, artilleriya və tanklardan atəşə tutması Almaniyada yaşayan azərbaycanlıların ciddi narahatlığına səbəb olub. Həmçinin qeyd olunub ki, Azərbaycanın dinc sakinləri arasında tələfatla nəticələnən təxribat zamanı cəbhəyə yaxın ərazilərdə əhalinin əmlakına da böyük miqyasda ziyan dəyib.

Bəyanatda, həmçinin ermənilərin uzun illərdir azərbaycanlılara qarşı həyata keçirdiyi təcavüzkarlıq siyasəti pislənilib və bildirilib ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə əməl etməyən Ermənistan hərbi birləşmələri işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır.

Bəyanatda Ermənistanın işğalı altında olan Azərbaycan əraziləri barədə məlumat verilib, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqenin dünya azərbaycanlıları tərəfindən qəti şəkildə pislənildiyi deyilib.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

07 Aprel 2016

By
@
backtotop