“Niyə azərbaycanlıların taleyi sizi biganə qoyur?”- Merkelə MÜRACİƏT

Avropa Azərbaycanlıları Konqresi  Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzü ilə əlaqədar Almaniya Kansleri Angela Merkele məktub ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Diaspora.az saytına verilən məlumata görə,
Məktubda AAK  Azərbaycanın işğal olunmuş ərazilərdə mövcud vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib.

Etiraz məktubunda qeyd edilib ki, Ermənistan hərbi qüvvələri müharibənin yenidən başlaması üçün təxribat aktları ilə çıxış ediblər. Bu təxribat nəticəsində Azərbaycanın dinc əhalisindən  ölən və yaralananlar olub, xeyli sayda ailələrin əmlakına ziyan dəyib.

Daha sonra məktubda  Dağlıq Qarabağ münaqişəsinə dair tarixi və statistik məlumat verilərək, bu münaqişənin  həll edilməsinin bütün regionun inkişafı üçün əhəmiyyətli olacağı qeyd edilib.

Məktubda Angela Merkelin  dünyəvi dövlət başçısı, tolerant şəxsiyyət olduğu qeyd olunub, onun mürəkkəb böhran nöqtələrində nümayiş etdirdiyi prinsipal mövqe yüksək  dəyərləndirilib. Eyni zamanda Merkelə açıq sual ünvanlanıb: “Bəs niyə azərbaycanlılar müstəsnadır, niyə azərbaycanlıların taleyi Sizi biganə qoyur?”.
Məktubda qeyd edilib ki, Ermənistan işğalçılıq siyasətini dayandırmalı və  Birləşmiş Millətlər Təşkilatların Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əməl etməlidir.

AAK Angela Merkelə Avropada yaşayan azərbaycanlıların adından Azərbaycanın ərazi bütövlüyü məsələsində ədalətli münasibət tələb edib.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

06 Aprel 2016

By
@
backtotop