Berlində azərbaycanlılar Sarqsyanı belə qarşıladı: “Qarabağ bizimdir”

Azərbaycanlılar Ermənistan Prezidentinin Almaniyaya səfərinə etiraz ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Diaspora.az saytına verilən məlumata görə, aprelin 6-da Berlində Almaniya Federativ Respublikasının Federal Kanslerinin Qərargahının qarşısında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS), “Berlin” Azərbaycan Evinin, Azərbaycan Tələbə Şəbəkəsinin (ASN) və  Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin birgə təşkilatçılığı ilə Ermənistanın Prezidenti Serj Sarkisyanın Almaniya Federativ Respublikasına səfəri ilə əlaqədar etiraz aksiyası keçirilib.

Aksiyada Azərbaycan və türk diaspor təşkilatlarının 300-dən çox nümayəndəsi iştirak edib.

Aksiya iştirakçıları ilk olaraq Azərbaycan Respublikasının dövlət himnini və “Əsgər marşı”nı oxuyublar. Daha sonra isə alman ictimaiyyətinin nümayəndələri Matias Volf və Verner Volter, azərbaycanlı fəal Elxan Aslanov, həmçinin Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzer İsmayılova və Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin sədri Təranə Tağıyeva etiraz aksiyasında çıxış ediblər.

Aksiyada çıxış edənlər son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını, Azərbaycanla təmas xəttində  təxribatçı cəhdlərin törədilməsini və dinc əhalinin qətlə yetirilməsini kəskin şəkildə pisləyiblər. Bununla yanaşı, əllərində Azərbaycan, Türkiyə, Almaniya bayraqları və müxtəlif plakatlar tutan aksiya iştirakçıları da öz növbəsində insan hüquqlarının müdafiəsini prioritet vəzifələri kimi təqdim edən beynəlxalq qurumlardan və dövlətlərdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə dair qətiyyətli mövqe nümayiş etdirməyi tələb ediblər.

Aksiya zamanı Ermənistanın əleyhinə “Ermənistan təcavüzkarlığı dayandırılsın”, “Dinc və günahsız azərbaycanlılara toxunmayın”, “Torpaqlarımızı tərk edin”, “Qarabağ bizimdir, bizim olacaq”, “Zorakılığa son!”, “Dünya birliyi Ermənistanın təcavüzkarlığını qınamalıdır” kimi müxtəlif şüarlar səsləndirilib.

Diaspora.az

06 Aprel 2016

By
@
backtotop