Prezident Təbrizdəki konsulu geri çağırdı, İstanbula yeni konsul göndərdi

Azərbaycanın Təbrizdəki baş konsulu vəzifəsindən geri çağırılıb, İstanbula isə yenisi təyin edilib.

Diaspora.az-ın məlumatına görə, Prezident İlham Əliyev Əli Fikrət oğlu Əlizadənin İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

İlham Əliyevin digər sərəncamı ilə isə Azərbaycanın İstanbulda yeni baş konsulu təyin edilib.

Prezident İlham Əliyev Məsim Abdulla oğlu Hacıyevin Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.

Diaspora.az

05 Aprel 2016

By
@
backtotop