“Ermənistan Azərbaycan torpaqlarından çıxarılmalıdır”-Nyu Yorkdakı diaspor təşkilatları

Nyu Yorkdakı Azərbaycan diaspor təşkilatları Ermənistanın təcavüzkar siyasətini pisləyir.

Nyu York Azərbaycan-Amerika Qadın Cəmiyyəti və Nyu York Azərbaycan Evi Ermənistanın Azərbaycana qarşı törətdiyi son hərbi təxribatlarla əlaqədar bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Diaspora.az saytına verilən məlumata görə, bəyanatda ermənilərin uzun illərdir azərbaycanlılara qarşı həyata keçirdiyi təcavüzkarlıq siyasəti pislənilib və bildirilib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır

Bəyanatda həmçinin, Ermənistan silahlı bölmələrinin Azərbaycan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində mütəmadi atəşkəs rejimini pozması nəticəsində mülki əhaliyə və onların əmlaklarına ciddi ziyan vurulduğu da diqqətə çatdırılıb.  O cümlədən, Ermənistanın Azərbaycan ərazilərində tarixən törətdiyi soyqırımlar və təcavüzkarlıq aktları haqqında da məlumat verilib.

Bəyanatda BMT-nin işğalçı Ermənistanla bağlı qəbul etdiyi 4 qətnaməsinin hələ də yerinə yetirilmədiyi, işğalçı dövlətin beynəlxalq ictimaiyyət tərəfindən qınağa çəkilmədiyi vurğulanıb.Həmçinin, Nyu York azərbaycanlıları adından Azərbaycan xalqına dəstək ifadə olunub.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

05 Aprel 2016

By
@
backtotop