​Vyanada ATƏT-in Daimi Şurasının xüsusi iclası keçirilib

Vyanada ATƏT-in Daimi Şurasının xüsusi iclası keçirilib.

Diaspora.az-ın verdiyi xəbərə görə, iсlasda həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və ATƏT-in baş katibi Lamberto Zanyer iştirak edib.

Tədbirdə Dağlıq Qarabağ münaqişəsi zonasında son günlər müşahidə olunan gərginlik müzakirə olunub.

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tərəflərini güc tətbiqini dayandırmağa çağırır. Bu barədə ATƏT-in Minsk qrupunun bəyanatında deyilir.

Bəyanatda bildirilir: “Biz, ATƏT-in Minsk qrupunun həmsədr və üzv ölkələrinin nümayəndələri (Rusiya, ABŞ, Fransa, Belarus, Finlandiya, Almaniya, İtaliya, İsveç, Türkiyə), eləcə də 2017-ci ildə ATƏT-in gələcək sədri Avstriya və əvvəlki (2015) sədri Serbiya qoşunların təmas xətti boyunca görünməmiş zorakılığın artmasını qətiyyətlə pisləyirik. Biz zərərçəkmiş ailələrin hər birinə başsağlığı veririk. Tərəfləri gücdən istifadəni dərhal dayandırmağa çağırırıq. Münaqişənin hərbi həlli yoxdur”.

Bəyanatda qeyd edilir ki, yerlərdə vəziyyətin pisləşməsi münaqişənin hərtərəfli tənzimlənməsi üçün həmsədrlərin himayəsi altında danışıqların dərhal aparılmasının zəruriliyini təsdiq edir: “Minsk qrupunun üzv ölkələrinin nümayəndələri rusiyalı, amerikalı və fransalı həmsədrlərin səylərinə dəstəyini təsdiq edirlər və onların tərəflərlə mümkün olduğu qədər tez, birbaşa məsləhətləşmələr keçirmək planlarını alqışlayırlar”.

ATƏT-in Minsk qrupunun həmsədrləri bu gecə Bakıya gələcəklər. Vasitəçilər həmçinin aprelin 9-da Yerevana səfər edəcəklər.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

05 Aprel 2016

By
@
backtotop