Diasporla İş üzə Dövlət Komitəsi bəyanat yaydı

Diasporla İş üzə Dövlət Komitəsi azərbaycan xalqı üçün tarixi məna kəsb edən bu çətin anlarda bütün dünya azərbaycanlılarına müraciət edərərək, doğma Vətənin milli maraqlarının müdafiəsi, ərazi bütövlüyünün bərpası naminə bütün gücünü, enerjisini səfərbər etməyə çağırır.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Diaspora.az saytına verilən məlumata görə, bəyanatda deyilir ki, dünyanın hansı ölkəsində yaşamasından, ictimai statusundan, sosial mənsubiyyətindən, siyasi mövqeyindən və dünyagörüşündən asılı olmayaraq, hər bir azərbaycanlının qəlbi doğma Vətənlədir.

Son günlər Dövlət Komitəsinə daxil olan çoxsaylı müraciətlər, müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarından daxil olan mektublar bunu bir daha sübut edir. Dünyanın müxtəlif  ölkələrində fəaliyyət göstərən diaspor təşkilatları, büynəlxalq təşkilatlara, yaşadıqları ölkələrin parlamentlərnə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə son qoyulması üçün təcuili tədbirlər görməyə çağırıb. Bundan başqa bir sıra ölkələrdə azərbaycan diaspor təşkilatları tərəfindən etiraz aksiyalarının, məlumatlandırma kampaniyalarının təşkilinə başlanılıb.

Eyni zamanda, geniş ictimaiyyətin diqqətinə çatdırmağı vacib bilirik ki, müxtəlif beynəlxalq təşkilatlar və layihələr çərçivəsində Dövlət Komitəsi ilə əməkdaşlıq edən tanınmış siyasətçilər, ictimai xadimlər Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edir. Bu, Azərbaycanın nə qədər haqqlı olduğunu göstərən parlaq faktlardan biridir.

Biz Azərbaycana dəstəyini ifadə edən bütün liderlərə, siyasi və dövlət xadimlərinə, o cümlədən  Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri olan sabiq və indiki dövlət başçılarına, eləcə də müxtəlif yüksək vəzifələrdə çalışmış təcrübəli siyasət adamlarına bu ağır günlərdə Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirdiklərinə, münaqişənin sülh yolu ilə həllinə dəstək ifadə edən bəyanatlarına görə  dərin təşəkkürümüzü ifadə edirik.

Sayı 50 milyonu keçən dünya azərbaycanlıları tarixi bir ana şahidlik edir. Biz bir daha dünyaya nə qədər böyük və qüdrətli bir xalq olduğumuzu nümayiş etdirmək əzmindəyik. Dövlət Komitəsi bir daha dünya azərbaycanlılarını birliyə, həmrəyliyə və fəallığa çağırır. Əminik ki, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə ən qısa zamanda işğaldan azad olunmuş ərazilərimizdə Azərbaycan tarixinin yeni bir səhifəsi yazılacaqdır. Bu şərəfli tarixi missiyanı uğurla yerinə yetirmək üçün hər bir azərbaycanlı əlindən gələni əsirgəməməlidir.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

04 Aprel 2016

By
@
backtotop