Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi bəyanat yayıb

Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar bəyanat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Diaspora.az saytına verilən məlumata görə, bəyanatda Ukrayna Azərbaycanlıları adından Azərbaycanın dinc sakinlərin həyatlarını itirməsi ilə nəticələnən  hadisələrlə bağlı ciddi narahatlıq ifadə edilir. “Son günlər baş verən hadisələr 1994-cü ildə əldə edilmiş atəşkəs danışıqlarının Ermənistan tərəfindən ciddi şəkildə pozulmasıdır. Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi münaqişənin daha da dərinləşməsini yolverilməz hesab edir. Biz Azərbaycan torpaqlarının işğalını pisləyir və ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasına tam dəstəyimizi ifadə edirik”-deyə bəyanatda bildirilir .

UABK  bütün beynəlxalq təşkilatları BMT-nin Təhlükəszilik Şurası tərəfindən qəbul edilmiş Dağlıq Qarabağ və ətraf rayonların azad olunması bağlı 4 qətnamənin yerinə yetirilməsi ilə əlaqədar mümkün tədbirlər görməyə çağırır. Ukrayna Azərbaycanlıları Birləşmiş Konqresi münaqişənin sülh yolu ilə həll edilməsini və danışıqların yüksək səviyyədə aparılmasını dəstəkləyir. Təşkilat Azərbaycan Silahlı qüvvələrinin şəhid olmuş  hərbi qulluqçusunun ailələrinə dərin hüznlə başsağlığı verir və Allahdan rəhmət diləyir.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

04 Aprel 2016

By
@
backtotop