Danimarkadakı Azərbaycan diasporu Dağlıq Qarabağla bağlı BMT-yə etiraz məktubu göndərib

Danimarkada fəaliyyət göstərən “Vətən” Cəmiyyəti Ermənistanın Azərbaycan torpaqlarına hərbi təcavüzü ilə əlaqədar BMT-nin Baş katibi Pan Gi Muna , Danimarkanın Xarici İşlər naziri Kristian Censenə, Danimarka Xarici Siyasət Komitəsinin sədri Soren Espersenə, həmçininin, Danimarka parlamentinin deputatlarına etiraz məktubu ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Diaspora.az saytına verilən məlumata görə, məktubda “Vətən” cəmiyyəti Azərbaycanın işğal olunmuş ərazilərdə mövcud vəziyyətlə  bağlı dərin narahatlığını ifadə edib. Etiraz məktubunda bildirilir ki, Ermənistan hərbi qüvvələri müharibənin yenidən başlaması üçün səylər göstərir:

“Aprelin 2-ə keçən gecə erməni hərbi birləşmələri  cəbhə bölgəsində dinc əhalini  atəşə tutaraq  atəşkəsi pozublar. Ermənilər tərəfindən ağır hərbi  texnikanın istifadə edilməsi nəticəsində mülki vətəndaşlar arasında ölən və ağır yaralananlar olub”.

Etiraz məktubunda bildirilir ki, uzun illər ərzində ermənilər tərəfindən törədilən hərbi təxribatlar, hücumlar nəticəsində xeyli sayda hərbi qulluqçular və dinc sakinlər həlak olub:

“Azərbaycanın əsas məqsədi sülhün və əhalinin təhlükəsizliyinin təmin olunmasıdır. Artıq 20 ildən çoxdur ki, Ermənistan Azərbaycana qarşı  təcavüzkarlıq siyasəti apararaq  torpaqlarımızın 20 faizini işğal altında saxlayır . Bunun nəticəsi olaraq bir milyondan artıq insan evsiz və torpaqsız qalıb. Bu faktlara baxmayaraq,  Azərbaycan sülhə nail olmağa və əhalinin təhlükəsizliyini qorumağa çalışır”-deyə məktubda vurğulanır.

Məktubda Ermənistan dövlətinin Birləşmiş Millətlər Təşkilatların Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə əməl etmədiyi diqqətə çatdırılır. Dünya icitmaiyyətindən isə  tələb edilir ki,  erməni qəsbkarlarını  işğal etdikləri əraziləri  qeyd-şərtsiz boşaltmağa  və BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və beynəlxalq hüququn norma və prinsiplərinə  riayət etməyə vadar etsinlər.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

04 Aprel 2016

By
@
backtotop