Rusiyadakı diaspor təşkilatı Qarabağla bəyənat verib

Rusiya azərbaycanlıları Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionundakı hadisələrlə bağlı bəyənat yayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Diaspora.az saytına verilən məlumata görə, Ümumrusiya Azərbaycan Konqresinin Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionundakı vəziyyətlə bağlı yaydığı bəyanatında bildirilir ki, Konqres bütün Azərbaycan xalqı kimi Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təxribatlarla bağlı narahatlıq keçirir.

“Münaqişənin həllindən ötrü üçüncü tərəflərin iştirakı ilə sülh danışıqları ilə bağlı bütün cəhdlərə, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə və digər beynəlxalq təşkilatların Ermənistanın işğalçı ordusunun Azərbaycan ərazisindən çıxarılmasını tələb edən sənədlərin olmasına baxmayaraq vəziyyət dəyişilməz olaraq qalır. Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Bir milyondan çox azərbaycanlı doğma yurdlarını tərk etmək məcburiyyətində qalıb”- deyə bəyanatda bildirilir.

Bəyanatda vurğulanır ki, Dağlıq Qarabağda döyüşlərin yenidən başlanması tamamilə Ermənistan tərəfindən törədilmiş təxribatdır:

“Bu situasiya uzun müddət davam edə bilməz. Biz ümid edirik ki, erməni xalqı və Ermənistan rəhbərliyi qonşu dövlətlərə qarşı aqressiv siyasətdən imtina edəcək. Azərbaycan torpaqlarının azad olunmasının kökündə regionda sabitliyin bəqrərar olunması dayanır”- deyə bəyanatda bildirilir.

Ümumrusiya Azərbaycan Konqresi hərbi təxribatlar zamanı düşmənlə döyüşdə həlak olanların ailələrinə başsağlığı verib və bildirib ki, Rusiya azərbaycanlıları Azərbaycan prezidentinin işğal altındakı torpaqlarımızı azad etməsi ilə bağlı bütün qəraralarını dəstəkləyəcək.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

04 Aprel 2016

By
@
backtotop