Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın aprelin 1-dən 2-nə keçən gecə Azərbaycana qarşı yönələn hərəkətlərini pisləyir.
Diaspora.az xəbər verir ki, bu barədə Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginliklə bağlı Türkiyə XİN-in rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.
Bəyanatda Ermənistana atəşi dayandırmaq və barışığa riayət etmək çağırışı yer alıb. Həmçinin xarici siyasət idarəsi həyatlarını itirən şəhidlərin ailələrinə başsağlığı verib.
“Türkiyə ATƏT-in Minsk qrupunun üzvü kimi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsidə həlli üzrə səylərini davam etdirir”, – deyə XİN-in bəyanatında bildirilib.
Diaspora.az