Səfir: “Qarabağ münaqişəsi diplomatik yolla həll olunmazsa, o zaman hərbi yolla həll edəcəyik”

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu BakınınDağlıq Qarabağ problemini hərbi yolla həll etməyə hazır olduğunu bildirib.

Diaspora.az saytı xəbər verir ki, səfir bunu şənbə günü “Danışır Moskva” radiostasiyasının efirində bəyan edib.

“22 ildir bu münaqişənin sülh yolu ilə həllinə cəhd edilir. Nə qədər olar axı?” Biz məsələnin sülh yolu ilə həllinə hazırıq. Qarabağ münaqişəsi diplomatik yolla həll olunmazsa, o zaman hərbi yolla həll edəcəyik”, – deyə P. Bülbüloğlu bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfindən güzəşt ondan ibarətdir ki, erməni hərbçilərinə mübahisəli zonanı tərk etmək təklif olunub. Səfir qeyd edib ki, bundan sonra respublika rəhbərləri iki xalqın Dağlıq Qarabağ ərazisində birgə yaşayışını müzakirə etmək üçün danışıqlar masası arxasına əyləşəcəklər.

“BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var, BMT Baş konfransının qərarı var, AŞPA Şurasının sənədləri var və sair. Minsk qrupu fəaliyyət göstərir. İşğalçı qoşunların çıxarılması barədə konkret təkliflər var”, – deyə səfir əlavə edib.

Aparıcının “Türkiyə Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllində Azərbaycanı dəstəkləyirmi?” sualına səfir belə cavab verib:

“Burada kimin kimi dəstəklədiyi önəmli deyil. Siz ikinci dərəcəli səbəblər axtarırsınız. Məsələ Azərbaycan torpaqlarının işğal olunmasındadır”.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

02 Aprel 2016

By
@
backtotop