Harvardın azərbaycanlı gənc məzunu: “Yekun seçkidə Klinton qalib gələcək”

“Hətta Respublikaçılar arasında Trampı deyil, Klintonu dəstəkləyənlər var”

“Hazırda ABŞ-ın bir çox ştatlarında namizədlərin ilkin seçkiləri, yəni praymeriz səsvermələri keçirilir. Respublikaçılardan 3 namizəd, Demokratlardan isə 2 namizəd qalıb. Respublikaçılardn 3 namizəd qalsa da, onlardan birinin, yəni Con Kesikin heç bir şansı yoxdur”.

Diaspora.az-ın məlumatına görə bu barədə Modern.az saytına açıqlamasında İctimai Siyasət İnstitunun direktoru, Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev deyib.

Bəxtiyar Hacıyev ABŞ-dakı prezident seçkilərinə hazırlıqla bağlı namizədlərin ilkin seçkilərdəki fəaliyyətini şərh edib:

“Respublikaçılardan Donald Trampla Ted Kruz arasında gərgin mübarizə gedir. Amma Trampın böyük üstünlüyü var və bu, hiss olunur.

Əgər Respubikaçıların namizədləri böyük ştatlardakı növbəti ilkin seçkilərdə Trampın bu sürətinin qarşısını ala bilməsələr, böyük ehtimalla Donald Tramp Respublikçaıların yegnə namizədi kimi seçkilərə qatılacaq.

Demokratlardan isə Hillari Klintona əhalinin verdiyi səslərə görə, həm nümayəndə sayına görə və həm də partiyanın 800-dən çox üzvü olan xüsusi təbəqələri tərəfindən böyük dəstək var. Sadəcə olaraq, son ilkin seçkilərdə onun rəqibi Bernis Sanders yaxşı nəticələr göstərdi. Kiçik səslə də olsa,  bir neçə ştatda qələbə qazandı. Bəzi ştatlarda Sandersin yenidən qələbə qazanacağı gözlənilir. Pensilvaniya, Nyu York, Kaliforniya kimi nümayəndə sayları çox olan ştatlarda Sanders böyük fərqlə qələbə qazansa, namizəd ola bilər.

Amma əgər Berns Sanders ilkin seçkilərdə bir neçə ştatda 50 faiz nisbəti ilə qələbə qazansa, yenə də Hillari Klinton Sandersə qalib gələrək, partiyadan yeganə namizəd olacaq”.

Bəxtiyar Hacıyev hesab edir ki, noyabrdakı yekun prezident  seçkilərində Hillari Klinton qalib gələcək.

O, Hillari Klintonla Donald Trampı siyasətçi kimi də müqayisə edərək, Trampın ABŞ-a və dünyaya heç bir töhfə verməyəcəyini vurğulayıb:

“Noyabr ayındakı yekun seçkilərdə Hilari Klinton və Tramp üz-üzə gəlsə, çox güman ki, Hillari Klinton qələbə qazanacaq. Çünki müstəqil seçicilər, demokratlar və hətta respublikaçılar partiyasının müəyyən bir qrupu Trampa qarşı çıxacaq.

Donald Trampın prezident seçilməsini təsəvvür etmək və bu barədə danışmaq istəməzdim. O insanın uğurlu biznesmen, iş adamı olub-olmaması belə, kifayət qədər ziddiyətli məlumatlarla doludur. Hətta bir çoxları deyir ki, onun ailəsindən qalan miras olmasaydı, ümumiyyətlə ayaq üstündə dura bilməzdi. Onun ABŞ-ın həm daxili, həm də xarici siyasəti ilə bağlı dediyi kifayət qədər ziddiyətli fikirləri var. Mən əminliklə onun xarici siyasət təcrübəsinin olmadığını deyə bilərəm.

Hillari Klinton isə son 20-25 il ərzində aktiv şəkildə üzdə olub. Əvvəlcə ABŞ-ın 1-ci xanımı kimi 8 il dalbadal aktiv siyasətlə məşğul olub. Həmçinin uzun illər senator da seçilib. Daha sonra isə dövlət katibi kimi də ABŞ-ın daxili və xarici siyasətinə özünün müsbət töhfələrini verə bilib.

Düşünürəm ki, Donald Trampla Hillari Klintonun mürəkkəb beynəlxalq və qlobal problemlərin həllinə yanaşmalsarında böyük fərqlər var.

Klintonun yanaşması daha müdrik, təmkinli və səbirli, düşünülmüş ola bilər, nəinki Trampın. Məhz bu faktorlara görə Respublikaçıların öz içində Trampa səs verməyənlər və onun prezident seçilməsini istəməyələr var”.

Diaspora.az

02 Aprel 2016

By
@
backtotop