“Azərbaycan multikulturalizmi” fənni növbəti dəfə Litva universitetində

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində Litva Pedaqoji Universitetində “Azərbaycan multikulturalizmi” fənninin növbəti dəfə tədrisinə başlanılıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Diaspora.az-a verilən məlumata görə, fənni filologiya elmləri üzrə fəlsəfə doktoru Əfsanə Məmmədova tədris edir.

Əfsanə Məmmədova 2016-cı ilin yaz semestrinin sonunadək tədrisi nəzərdə tutulan “Azərbaycan multikulturalizmi” fənninin tələbələr tərəfindən böyük maraqla qarşılandığını bildirib. Video və fotoslaydların nümayişi ilə keçirilən dərsdə tələbələrə ölkəmizdə əsrlərdən bəri mövcud olan multikultural durum, Azərbaycan multikulturalizminin spesifik xüsusiyyətləri haqqında ətraflı məlumat verilib, multikulturalizmin Azərbaycanın dövlət siyasətində prioritet istiqamət olduğu diqqətə çatdırılıb.

Pedaqoq, həmçinin Vilnüs Universitetində də Azərbaycan multikulturalizmi ilə bağlı birdəfəlik mühazirə oxuyub. Mühazirədə İtaliya, Ukrayna, Türkiyə, İspaniya və Rusiyadan olan tələbələrlə yanaşı Litva Pedaqoji Universitetinin prorektoru Kestutis Salaveyus və universitetin departament rəhbəri Loreta Xodzkien də iştirak edib.

Qeyd edək ki, Litva Pedaqoji Universitetində sözügedən fənn üzrə təhsil alan tələbələr Ə.Məmmədovanın şəxsi təşəbbüsü ilə təşkil olunan Novruz bayramı şənliyində də aktiv iştirak ediblər, ləziz Azərbaycan şirniyyatının dadına baxıblar.

Diaspora.az

01 Aprel 2016

By
@
backtotop