Azərbaycan, Rusiya və İranın baş diplomatları aprelin 7-də Bakıda görüşəcək

Azərbaycan, Rusiya və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov, Sergey Lavrov və Məhəmməd Cavad Zərif aprelin 7-də Bakıda görüşəcəklər.

Diaspora.az-ın məlumatına görə bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, görüşdə regional əməkdaşlığın qarşılıqlı maraq doğuran məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılıb: “O cümlədən perspektivli nəqliyyat layihələrini və Xəzərdə çoxtərəfli qarşılıqlı fəaliyyət məsələlərini müzakirə etmək nəzərdə tutulub”.

Diaspora.az

31 Mart 2016

By
@
backtotop