Amerika yəhudiləri Bakıya dostluq dəstəyi vermək üçün Konqresə müraciət ediblər

Cənubi Kaliforniya Universitetinin kollecinin ravvini Yonah Bokşteyn və onun həmkarları ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Pol Rayana məktubla müraciət ediblər.

Məktubda Azərbaycanla münasibətlərin möhkəmləndirilməsinin vacibliyi qeyd edilir.

Disaporaz.az-ın məlumatına görə, məktub ABŞ-ın “Jewish Journal” nəşrində dərc edilib.

Y.Bokşteyn məktubda yazır: “Dostumuz və müttəfiqimiz Azərbaycana zərər verə biləcək istənilən fəaliyyətdən dərin narahatam”.

Onun sözlərinə görə, 2015-ci ildə multikulturalizm və tolerantlıq məsələləri üzrə beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana səfəri zamanı bu ölkənin təcrübəsinə heyrətlənib: “Müsəlman çoxluğun olduğu ölkə kimi Azərbaycan minlərlə yəhudinin evidir. Hamımız ümid edirik ki, Azərbaycan çiçəklənməyə və inkişaf etməyə davam edəcək və Amerikada olan demokratiya səviyyəsinə çatacaq. Lakin bu, bir neçə qısa il ərzində baş verməyəcək. Biz və müttəfiqlərimiz Azərbaycana qarşı sanksiyalar həyata keçirsəydi, bu, Amerika, İsrail və yəhudi icması üçün ikiüzlülük və zərərli olardı”.

O qeyd edib ki, ABŞ-ın əsas müttəfiqlərindən olan Səudiyyə Ərəbistanı yəhudilərə ölkə vətəndaşı olmağa icazə vermədyi halda, Azərbaycan hökuməti Bakıda sinaqoqlar və yəhudi məktəbləri tikir: “Küveytdə israillilər hətta dövlət aviaşirkətində uça bilmirlər, lakin Bakı və Təl-Əviv arasında birbaşa reyslər var. Lakin heç kəs bu ölkələrə qarşı sanksiya tətbiq etməyə tələsmir”.

Məktubda vurğulanır ki, dostluq yəhudilər üçün vacib amildir və ABŞ-ın Azərbaycana münasibətdə siyasətinin şübhələrə deyil, dostluğa, dəstəyə əsaslanması vacibdir: “Əfqanıstan və İraqda ABŞ-ın səylərinin etibarlı tərəfdarı, eləcə də Avrasiyada etibarlı müttəfiqi kimi Azərbaycan özünü güclü tərəfdaş kimi göstərdi”.

Diaspora.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

31 Mart 2016

By
@
backtotop