Braziliyalılar Azərbaycan səfirliyində olublar

Martın 17-də  “Qapıları Açıq Səfirliklər” (Embaixadas de Portas Abertas) layihəsi çərçivəsində Brazilia şəhərindəki 40-50 nömrəli məktəbin 5-ci sinif şagirdləri olan, 50 Braziliyalı məktəbli Azərbaycanın Braziliyadakı səfirliyində olub.

Səfirlikdən Diaspora.az  saytına verilən məlumata görə, tədbirdə səfir Elnur Sultanov Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti və müasir inkişafı barəsində geniş məlumat verib. O, Azərbaycanla Braziliya arasında təhsil sahəsində əlaqələrdən danışaraq, bu ilin 15 mart tarixində Rio de Janeyro şəhərində Azərbaycan adını daşıyan məktəbin açıldığını qeyd edib. Bununla yanaşı səfir məktəblilərə Azərbaycanda Novruz bayramı və Novruz adətləri haqqında məlumat verib.

Sonra səfir E.Sultanov braziliyalı məktəblilərin ölkəmiz haqqında müxtəlif suallarını cavablandırıb. Tədbirin sonunda məktəblilərə Azərbaycan milli yeməkləri və Novruz şirniyyatları təqdim olunub.

Qeyd edək ki, adıçəkilən layihə Brazilia Federal Dairəsinin hökuməti tərəfindən həyata keçirilir və layihə çərçivəsində Braziliyalı məktəblilər müxtəlif ölkələrin Brazilia şəhərində yerləşən səfirliklərinə gedərək, həmin ölkələr haqqında məlumat əldə edirlər.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

26 Mart 2016

By
@
backtotop