IV Qlobal Bakı Forumu işini başa çatdırdı

Diasporla İş üzrə Dövlət Komitəsindən Diaspora.az saytına  verdiyi məlumata görə , Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumu martın 11-də işini başa çatdırıb.

Forumunun yekun sessiyasının mövzusu “XXI əsrdə qurulmaqda olan çoxqütblü dünyanın münaqişələrindən necə yan keçməli?” olub. İspaniyanın sabiq xarici işlər naziri Karlos Vestendorpun moderatorluğu ilə keçən sessiyada o, qlobal cəmiyyətdə dünya nizamının hazırkı vəziyyəti ilə bağlı böyük narahatlığın olduğunu vurğulayıb. Sabiq xarici işlər naziri Bakı Forumunda müxtəlif məsələlər ətrafında, o cümlədən qlobal sülhə nail olmaq üçün dialoqun qurulması, mövcud müharibələrin qarşısının alınması və gələcəkdə onlardan yayınmaq yolları, çoxqütblü dünya nizamının dəyərlərinin təşviqi və digər mühüm mövzularda səmərəli müzakirələrin aparıldığını bildirib.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) baş direktoru Əbdüləziz Osman əl-Tüveycri isə öz çıxışında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib. Forumun artıq dünya miqyasında mühüm məsələlərin müzakirə olunduğu qlobal platformaya çevrildiyini bildirib. Tədbirin uğurlarından məmnunluğunu bildirən əl-Tüveycri V Forumun daha genişmiqyaslı olacağına əminliyini ifadə edib. O, Bakı Forumunu fəal dəstəklədiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib.

Dünyada mövcud problemlərin səmərəli idarəçiliyin olmaması səbəbindən yarandığını qeyd edən ISESCO-nun baş direktoru öz çıxışında bildirib ki, BMT Təhlükəsizlik Şurası özünün mühüm missiyasına baxmayaraq, problemlərin həlli qarşısında aciz qalıb. “Məhz səmərəli idarəçiliyin olmaması və böyük güclərin fəaliyyətsizliyi nəticəsində hazırda dünyanın bir çox yerlərində humanitar fəlakət yaşanır, tarixi, mədəni irs məhv edilir. Buna görə də nəinki BMT Təhlükəsizlik Şurasında, bütövlükdə BMT-də mühüm islahatlar aparılmalıdır”-deyə o bildirib.

Bolqarıstanın sabiq Prezidenti Peter Stoyanov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi belə mötəbər Forumu dəstəklədiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib, dünyada münaqişələrin qarşısının alınmasında xalqlararası və dinlərarası dialoqun əhəmiyyətini vurğulayıb. Sabiq Prezident qeyd edib ki, münaqişələri həll etmək, onların qarşısını almaq üçün dinlərarası dialoq gücləndirilməli, din xadimləri arasında əlaqə inkişaf etdirilməlidir. Dünyada sülhün gələcəyinin dialoqdan asılı olacağını deyən P.Stoyanov bununla yanaşı, qadınların

hüquqlarının qorunması, yoxsulluğun qarşısının alınması və təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının da əhəmiyyətini xüsusi vurğulayıb.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç çıxışında Avropada miqrantlar probleminə toxunub. Avropanın ötən əsrin 60-cı illərində də miqrant axınına uğradığını vurğulayan Mladen İvaniç hazırda bu problemin miqyasının böyük olduğunu və qaçqınların əsasən zorakılıq və müharibə nəticəsində Avropaya üz tutduqları üçün problemin daha ciddi hal aldığını bildirib. O, bu problemin həlli üçün insanlar arasında etimadın yaradılması və qorxu hissinin aradan qaldırılmasının vacibliyini vurğulayıb. Dialoqun gücləndirilməsinin vacib olduğunu söyləyən M.İvaniç bu prosesdə də əsl liderlərə böyük ehtiyac olduğunu deyib. Miqrant probleminin həllində böyük dövlətlərin üzərinə daha mühüm vəzifələrin düşdüyünü vurğulayan Mladen İvaniç bildirdi ki, onlar tezliklə bu barədə düşünməlidirlər. Çünki bu problem gec-tez bütün dövlətlərə təsir edəcək.

Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Freyberqa Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Forumun təşkilinə dəstəklərini yüksək qiymətləndirib. O, tədbirin təşkilində zəhməti olanlara, xüsusən gənc könüllülərə təşəkkürünü bildirib.

Sabiq Prezident Forumda aparılan fikir mübadilələrinin nəticələrindən danışaraq deyib ki, bütün insanlar qanunların, ədalətin hökm sürdüyü dünyada, müstəqil və təhlükəsizlik şəraitində yaşamaq istəyirlər. “Ancaq hazırda bu sahədə ciddi problemlər var. Ona görə də həmin dəyərlər təşviq edilməli, burada səslənən çağırış və mesajları liderlər öz ölkələrinə çatdırmalıdırlar”-deyə o, çıxışında bildirib.

BMT-nin fəaliyyətinin gücləndirilməsinin zəruriliyini vurğulayan Vayra Vike-Freyberqa əsasən böyük dövlətlərin beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmədiyini bildirib. O qeyd edib ki, böyük dövlətlərin öz maraqlarını güdərək fəaliyyət göstərmələri digər dövlətlərin suveren hüquqlarını pozur. Ona görə də dünyada sülhü qorumaq üçün insanlar, ölkələr və təşkilatlar olaraq biz humanist ideyalara sadiq qalmalı, onu geniş şəkildə yaymalı, qarşılıqlı dialoqu gücləndirməliyik.

Müzakirələrin sonunda moderator Karlos Vestendorp sessiyada, ümumilikdə, Forumda aparılan səmərəli müzakirələrin dünyada sülhün, sabitliyin, ədalətin bərqərar olunmasına töhfə verəcəyinə əminliyini bildirdi, yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə minnətdarlığını çatdırıb.

Bununla da Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə Bakıda keçirilən iki günlük “Çoxqütblü dünyaya doğru” mövzusunda IV Qlobal Bakı Forumu öz işini başa çatdırıb.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

11 Mart 2016

By
@
backtotop