Tallindəki uşaq bağçalarında və gimnaziyalarda Novruz şənlikləri keçirilir

Tallində Novruz və Pasxa bayramlarına həsr olunan “Dünya adlı ağacın budaqlarını gəzərək” adlı layihəyə start verilib. Layihə Novruz və Pasxa bayramlarının oxşar adətlərini aşkarlayır və bu barədə Tallin şəhərindəki uşaq bağçalarında və gimnaziyalarda tədbirlər keçirir. Bu tədbirlərdə Estoniya, Azərbaycan, Türkiyə və Böyük Britaniyanın bahar bayramlarının adət-ənənələri öyrənilir.

Mart ayında uşaqlar və pedaqoji heyət Tallindəki bir çox bağçalarda adları çəkilərin ölkələrin xalqlarının bahar bayramı ənənələri ilə, müxtəlif oyunlarla tanış olacaqlar. Aprel ayında isə bu layihə Tallin gimnaziyalarında həyata keçiriləcək.

Bugünkü tədbir isə Tallinna Vormsi Lasteaed və Paekaare lasteaed uşaq bağçalarının iştirakı ilə keçirilib.

Bu layihə Tallinin Vormsi Lasteaed və Azərbaycan Həftəsonu məktəbi tərəfindən həyata keçirilir. Layihənin rəhbərləri Sənəm Əliyeva, Sitly-Eneken Praun və Rut Yaansaludur. Aprelin sonunda layihə yekun konsertlə başa çatacaq.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

11 Mart 2016

By
@
backtotop