Nazim İbrahimov: Son illərdə Bakı siyasi fikir mərkəzinə çevrilib

Son illərdə Bakı artıq siyasi fikir mərkəzinə çevrilib.

Diaspora.az saytı AZƏRTAC-a istinadən xəbər verir ki,bunu  jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov deyib.

N.İbrahimov qeyd edib ki, bir çox nüfuzlu beynəlxalq beyin mərkəzləri və təşkilatlar öz tədbirlərinin keçirilməsi üçün Bakını məkan olaraq seçirlər. Məhz Bakıda müasir dünyada mövcud çağırışların həlli yolları, münaqişələrin nizamlanması məsələləri müzakirə edilir, dünyanın idarə olunması metodları müəyyənləşdirilir.

Məlumat verilib ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi IV Qlobal Bakı Forumunda 300-ə yaxın nümayəndə, o cümlədən Albaniya, Latviya, Bolqarıstan, Makedoniya, Monteneqro, Xorvatiya və Gürcüstanın dövlət və hökumət rəhbərləri, siyasi xadimləri iştirak edəcəklər.

Komitə sədrinin sözlərinə görə, Bakı Forumunda dünyada etnik, dini və siyasi zəmində baş verən münaqişələr, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi sahəsindəki qlobal problemlər müzakirə ediləcək və bu problemlərin həlli yollarının tapılması istiqamətində fikir mübadiləsi aparılacaq.

08 Mart 2016

By
@
backtotop