Belarusiyada Azərbaycan mədəniyyəti təbliğ olunub

Belarus paytaxtında “Böyük mədəniyyət aləminə” layihəsinin icrasına başlanılıb. Layihə bu ölkədə elan olunmuş Mədəniyyət İlinə həsr olunub. Təqdimat mərasimində Belarus Azərbaycan İcmaları Konqresi (BAİK) beynəlxalq ictimai təşkilatının gənclər bölməsinin üzvləri iştirak ediblər.

“Böyük mədəniyyət aləminə” layihəsi mədəni müxtəliflik dəyərlərinin inkişafına, bütün insanların bir ailə kimi dərk edilməsinə, habelə ayrı-ayrı xalqların yaradıcılığı vasitəsilə milli mədəni ənənələri ilə tanış olmağa istiqamətlənib.

Layihənin ilk təqdimatı Minsk şəhərinin Moskva rayonunda yerləşən 25 saylı orta məktəbin bazasında keçirilib. Layihənin həyata keçirilməsi millətlərarası və dini zəmində münaqişə vəziyyətlərinin qarşısını almaq üçün münbit şəraitin yaradılmasına, milli azlıqlara, milli qrupların etnomədəni spesifikasına dözümlü münasibətin inkişafına, əlaqələrin və uğurlu əməkdaşlıq vərdişlərinin formalaşdırılmasına imkan yaradıb.

“Böyük mədəniyyət aləminə” layihəsinin başlıca ideyası tolerantlığın aşılanması, mədəniyyətlərarası qarşılıqlı əlaqə vərdişlərinin formalaşması, həyatın dinc təşkili ideyasının təbliğidir.

Layihədə iştirak edən ölkənin aparıcı ali məktəblərinin xarici tələbələri İordaniya, İraq, İran, Türkmənistan və başqa ölkələrin mədəniyyət və məişət əşyalarını nümayiş etdiriblər.

Tədbirdə Azərbaycanı Belarus Azərbaycan İcmaları Konqresinin gənc-tələbə üzvləri Elvin Əkbərov, Həmid Yusifov, Cəmilə Aşirova və Qazi–Məhəmməd Xarxiyev təmsil ediblər. Stenddə Azərbaycan milli musiqi alətləri, qədim xalçaçılıq sənəti və zəngin mədəniyyətimizin digər nümunələri nümayiş olunub.

Sərgidən sonra qonaqların diqqətinə xarici, o cümlədən Azərbaycandan olan tələbələrin hazırladığı konsert proqramı təqdim edilib. Cəmilə Aşirova və Qazı-Məhəmməd Xarxiyev milli geyimlərdə odlu-alovlu rəqsləri ilə tamaşaçıları məftun ediblər.

Tədbirdə Minskdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən azərbaycanlı diplomatlar, BAİK sədri, cüdo və sambo üzrə dəfələrlə dünya çempionu Natiq Bağırov, ali məktəblərin əməkdaşları və başqaları iştirak ediblər.

Layihəni ayda bir dəfə olmaqla Belarusun müxtəlif şəhərlərində keçirmək qərara alınıb

03 Mart 2016

By
@
backtotop