Ankarada möhtəşəm Beynəlxalq Xocalı Paneli baş tutdu – Foto

Xəbər verdiyimiz kimi, fevralın 23-də Türkiyənin paytaxtı Ankara şəhərində Qloballaşan Azərbaycan Sivil İnkişaf Mərkəzi (QASİM), Azərbaycan “Yeni Çağ” Analitik İnternet qəzeti (www.yenicag.az) və Xeber365.com xəbər portalının təşkilatçılığı ilə Xocalı Soyqırımının 24-cü Anım Gününə həsr olunmuş beynəlxalq panel hər iki ölkə rəsmilərinin, diplomatların, elm və ictimaiyyət xadimlərinin iştirakı ilə baş tutub.

Tədbiri giriş sözü ilə açan Azərbaycan “Yeni Çağ” Analitik İnternet qəzetinin baş redaktoru Aqil Ələsgər Xocalı və Türk Dünyasının şəhidləri ilə birlikdə, Ankara terrorunun qurbanlarını da yad edib. Şəhidlərin ruhunun əziz xatirəsi üçün bir dəqiqəlik sayğı duruşunun ardınca Türkiyə və Azərbaycan himnləri səslənib.

Anar Əsədli: “Xocalı türk millətinə qarşı son əsrdə törədilmiş terrorun simvoludur”

DSC_2737 copy

Tədbirin keçirilmə səbəbləri və başlıca məqsədlə bağlı çıxış edən “QASİM” sədri Anar Əsədli bildirib ki, “Xocalı yaddaşımızdan heç bir zaman silinməyəcək bir soyqırımdır. Xocalı insanlığa qarşı bir vəhşətdir. Xocalı türk millətinə qarşı son əsrdə törədilmiş terrorun simvoludur. Dünyada türk millətindən başqa elə bir millət yoxdur ki, son əsrdə bu qədər vəhşət yaşasın. Həm bölünsün, həm müharibə içində olsun, həm də torpaqları işğal olunsun, tarixi təhrif edilsin, mədəniyyətinə zərbələr vurulub, zənginlikləri məhv edilsin.

DSC_2609 copyBu bizim tariximizə, bu günümüzə və gələcəyimizə qarşı daha həssas olmağımızı zəruri edir. Bəli biz, düşmənimizi yaxşı tanımalıyıq. Erməni terrorçuları bizim qan düşmənimizdir, amma unutmamalıyıq ki, necə bu gün Türkmənelində PKK-nın arxasında, Türkmən dağında, PYG-nin arxasında rus var, eləcədə 1992-ci ildə Xocalı soyqırımını törətmiş, ermənilərin də arxasında onlara yardımçı olan 366-cı rus alayı vardı. Biz dostumuzun, düşmənimizin fərqində olmalıyıq, əsl düşmən dəyişməz. Bu gün Xocalını unutmamalıyıq ki, bir də soyqırım yaşamayaq, bir də uşaqlar ölməsin, bir də insanlarımız ölməsin. Bu günki paneli təşkil etməkdə də məqsədimiz elm adamlarının vasitəsilə soyqırımı insanlarımıza tanıtmaqdır”.

DSC_2875 copyDaha sonra panel başqanı araşdırmaçı yazar Səlcuq Alkın paneli açıq elan edib.

Xəzangül Əmirova: “Atamı gözümün önündə diri-diri yandırdılar”

 İlk öncə söz Xocalı soyqırımının canlı şahidi Xəzangül Əmirovaya verilib.

Xocalı soyqırımı zamanı cəmi 8 yaşında olan Xəzangül Əmirova tədbir iştirakçılarına soyqırım gecəsi başlarına gələnləri danışıb. O gözünün qarşısında ailəsinin ermənilər tərəfindən necə öldürülməsini göz yaşları içərisində qeyd edib: “Atamı gözümün önündə diri-diri yandırdılar”. X.Əmirova bundan sonra belə faciələrin baş verməsini, uşaqların valideynsiz qalmasını istəmədiyini deyib.

Necdet Ünivar: “Xocalı soyqırımı məhz qərbli jurnalist və fotoqraflar tərəfindən sənədləşdirilib”

DSC_2759 copyDaha sonra çıxış üçün söz Türkiya Böyük Millət Məclisində Türkiyə-Azərbaycan dostluq qrupunun başqanı Necdet Ünüvara verilib. Necdet Ünüvar bildirib ki “Hər il fevral ayının son həftəsində Türkiyədə Xocalı soyqırımından bəhs olunur və bütün dünya bunu eşidir. Xocalı soyqırımı məhz qərbli jurnalist və fotoqraflar tərəfindən sənədləşdirilib dünyaya tanıdıldığı üçün danışılır. Əslində Xocalını təkcə qərbli jurnalistlər, fotoqraflar deyil, həmçinin soyqırımı törədənlərin özlərinin dilindən olan etiraflardan da bilirik. Onların öz yazdıqları məqalələr, kitablar var. İndi Suriyada, İraqda türkmənlərə qarşı qətliamlar törədilir, əgər insanlıq vaxtında Xocalı qətliamı kimi, qətliamlara səsini çıxarsaydı, indi yeni qətliamların şahidi olmazdıq. Onun üçün Xocalıdan bəhs etməyə davam etməliyik”.

Atilla Kaya: “Xocalı faciəsi haqda soyqırım kəlməsini xüsusilə istifadə edirəm, Xocalı bir soyqırımdır”

DSC_2779 copyBunun ardınca söz Türkiya Böyük Millət Məclisinin Milliyyətçi Hərakat Partiyasından İstanbul millət vəkili Atilla Kayaya verilib. Atilla Kaya deyib ki “Xocalı faciəsi haqda soyqırım kəlməsini xüsusilə istifadə edirəm. BMT-nin soyqırım haqdakı qanununun ikinci maddəsinə görə soyqırım bir etnik, dini, milli xüsusiyyətlərinə görə eyni olan bir cəmiyyəti qismən ya da tamamilə məhv etməyə deyilir. Dağlıq Qarabağın Xocalı qəsəbəsində yaşayan soydaşlarımız da, müsəlman və türk olduqları üçün soyqırıma məruz qalıblar. Bu soyqırımı gerçəkləşdirənlər də 1915-ci ildə Türkiyədə baş verdiyi iddia olunan qurama soyqırımın intiqamıdır. Bunu zaman-zaman soyqırımı törədənlər özləri də etiraf ediblər. Biz Türkiyə Böyük Millət Məclisi olaraq qəbul etməliyik. Daha əvvəl bu sahədə cəhdlər olundu, ona görə də parlamentimiz soyqırım iddialarının tarixçilər tərəfindən müzakirə olunmalı, siyasətə aid edilməməli bir mövzu adlandırmışdı”.

Sadi Somurcuoğlu:  “Anadoludakı soyqırımlarla Azərbaycandakılar arasında bənzər izlər var”

DSC_2817 copySabiq dövlət naziri Sadi Somurcuoğlu isə çıxışında deyib ki, “1992-ci ilin 26 fevralında günahsız soydaşlarımız qorxunc bir qırğınla qarşı-qarşıya qaldılar və həyatlarının ən qorxunc hisslərini keçirdilər. Xocalı soyqırımının necə baş verdiyini müəyyənləşdirməzdən öncə erməni məsələsinin haradan qaynaqlandığına baxmalıyıq. Bu məsələ 1988-ci ildəmi, 1992-ci ildəmi ortaya çıxdı? Xeyr. Bu məsələnin kökləri 1774-cü il Kiçik Qaynarca müqaviləsinə qədər gedib çıxır. Bunun ardınca Osmanlı ərazisində Daşnak erməni terror təşkilatı yaradılır. Ermənilərin Osmanlıda ilk üsyanı 1860-da Zeytunda baş qaldırdı. Birinci Dünya Müharibəsinə qədər az qala hər il Osmanlıda ermənilərin üsyanı baş verirdi. Bu üsyanlar ermənilərin yaşadıqları dövləti tanımamasını göstərirdi.

1914-cü ildə Osmanlı dövləti müharibəyə girərkən ölkədəki döyüşmək qabiliyyətli əksər insanlar müharibəyə yollandığından, ermənilər ölkənin hər tərəfini yağmalamağa, yandırmağa başlayırlar.

Anadoludakı soyqırımlarla Azərbaycandakılar arasında bənzər izlər var. Bunların hamısının arxasında xaçlı təfəkkür dayanır.

Xocalıda öldürülənlərin başına gələnlərin hamısı ilə bağlı bu salonda oturanların üzərində məsuliyyət var. Bunun əzabını çəkməsək heç nə əldə edə bilməyəcəyik”.

DSC_2853 copyFahrettin Keleştemur: “Başımıza gələnlərin təkrar yaşanmaması üçün acılarımızı təkrar içimizdə hiss etməliyik”

Türk Sağlık İnstitunun başqanı Fahrettin Keleştemur isə bildirib ki, “Bu gün həqiqətən tariximizin ən ağrılı anlarından birinin ildönümünü xatırlayırıq. Əlbəttə bunları xatırlamaq çox çətindir, ancaq gərək baş verənləri yadımızda saxlayaq. Başqa əzabların yaşanmaması üçün indiyədək yaşadıqlarımızı unutmamalıyıq.

İntiqam almaq üçün deyil, başımıza gələnlərin təkrar yaşanmaması üçün acılarımızı təkrar içimizdə hiss etməliyik”.

DSC_2872 copyİbrahim Yusifzadə: “Türk xalqı hər zaman azərbaycanlıların sevincinə də kədərinə də şərik olub”

Azərbaycan Milli Məclisinin şöbə müdiri İbrahim Yusifzadə isə çıxışında qeyd edib ki, “Əvvəla Azərbaycan Milli Məclisi adından, Azərbaycan xalqı adından sizə təşəkkür edirəm. Xocalı soyqırımı Azərbaycan xalqı üçün də, bütün dünya xalqları üçün də XX əsrdə yaddaqalan, dəhşətli bir qırğındır. Türk xalqı hər zaman azərbaycanlıların sevincinə də kədərinə də şərik olub. Qarabağ savaşında, Xocalıda azərbaycanlıların məğlubiyyəti ermənilərin qoçaqlığı, igidliyi, fədakarlığının nəticəsində deyil, haqqa-ədalətə, insanlığa düşmən kəsilən ayrı-ayrı böyük qüvvələrin, məlum dövlətlərin, işğalçı qüvvələrin fəaliyyətinin nəticəsidir. İstismarçıya, işğalçıya ar olsun”.

 Daha sonra Panel məruzəçilərin çıxışı ilə davam edib.

Yusuf Halaçoğlu: “Xocalıda baş verənlərin hələ də soyqırım kimi qəbul olunmaması qərbin ikili standartlarıyla əlaqədardır”

DSC_2937 copy

Professor Yusuf Halaçoğlu məruzəsində bildirib ki, “Bu günə qədər Xocalı qətliamı çox müzakirə olundu. Xocalıda insanlar yalnız türk olduqları üçün öldürüldüyündən beynəlxalq hüquqa görə soyqırım kimi tanınmalıdır. Xocalıda baş verənlərin hələ də soyqırım kimi qəbul olunmaması qərbin ikili standartlarıyla əlaqədardır. Bu xaçlı zehniyyətinin hələ də davam etdiyini göstərir. Ermənilər eyni aqibətə uğramış olsaydı bu gün vəziyyət tamam başqa idi.

Xocalı soyqırımını gerçəkləşdirən Sarkisyan başda olmaqla ermənilərin Ermənistanda dövlət vəzifələrində olmasına dünyanın səs çıxarmaması, qərbin nə qədər ədalətsiz olduğunu göstərir. Bu məsələdə türk milləti olaraq gücsüz qaldığımız etiraf etməliyik.

DSC_2932 copyÖtüb keçən illərdə biz Türkiyə Böyük Millət Məclisində 17 may Vanda ermənilərin türklərə soyqırımı, 26 fevral Xocalıda baş verənləri soyqırımı kimi tanınması üçün qanun layihəsi irəli sürdük amma hər iki istəyimiz rədd olundu.

Azərbaycanın torpaqlarının beşdə birini işğal etmiş ermənilərin əslində kimin tərəfindən vuruşduğu nə o vaxt, nə indi dəyişməyib. Ermənilər ruslar tərəfindən vuruşurdular. Biz məhz bu məqamla düşmənlərimizin bizdən əslində nə istədiklərini anlayırıq”.

Hamlet İsaxanlı: “Ermənilərə yardım edən birinci Rusiya, ikinci Fransa və İngiltərə idi”

DSC_2970 copyXəzər Univerisitetinin rektoru, professor Hamlet İsaxanlı isə çıxışına bu cümlələrlə başlayıb:

“Ermənilərin türk düşmənliyinin səbəbi torpaq iddialarıdır. Millətlər arasında bir-birinin torpağına, mülkünə göz tikmək və beləliklə düşmənçilik halları çox zəngindir. Tarix belə hallarla doludur. Bu baxımdan tarixi ənənləri kontrol etmək çox çətindir.

Ermənilərə yardım edən birinci Rusiya, ikinci Fransa və İngiltərə idi. Bu soyqırım nifrətin bir zəfəri idi. Soyqırım caniləri ona görə cəzalandırılmalıdır ki, xalqlararası ədalət bərpa olunsun. Yaxın illərdə baş verən Bosniya, Ruanda soyqırımları məhkəməyə aparıldı, amma bizim soyqırımımızı məhkəməyə apara bilmədik.

Tomas De Vall Serj Sarkisyanın fikirlərini “Black Garden” kitabında yazır. O deyir ki, Xocalı soyqırımına qədər Azərbaycan elə bilirdi biz sivillərə toxunmarıq, amma soqırımı törədərək həmin stereotipi sındırdıq. Qərbin bizi görməməsinin səbəbi özümüzün güclü olmamağımızdır. Haqq tələb etmək yetərli deyil, biz ekonomik, bilim bakımından güclü olmalıyıq. O qədər güclü olmalıyıq ki, qərblilər bir gün gəlib özləri bu qətliamı qəbul etsinlər”.

Sabir Rüstəmxanlı: “Türkdilli ölkələr Xocalıda baş verənləri soyqırım olaraq tanımalıdır”

DSC_2994 copy“Dünyanın bir çox ölkələrində və ABŞ-ın bəzi ştatlarında Xocalı soyqırımı tanınmışdır. Bunun Türkiyə ilə bərabər yapılmasının ona görə tərəfdarıyıq ki, ortaq köklərimiz və ortaq taleyimiz var. Azərbaycanda öldürülənlərə Anadoluda öldürülənlər arasında bənzərlik var, hər iki bölgədən tapılmış toplu məzarlıqlarda insanların öldürülməsində silahdan istifadə etməmişlər, daha çox kəsici alətlərlə vəhşilik ediblər. Maləsəf, Türkiyə üzünü şərqə deyil qərbə çevirib. Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və s. Xocalı soyqırımını hələ də tanımayıb.”- deyə, Azərbaycan xalq şairi, DAK həmsədri Sabir Rüstəmxanlı vurğulayıb.

DSC_2926 copy

“Dünyada ən böyük soyqırım Amerikalılar Amerikanın yerli əhalisinə qarşı törədilib. Soyqırımı İngilislər Avstraliyalılara qarşı edib. Soyqırımı Ruslar türklərə qarşı törədib, Fransızlar Əlcəzairlilərə qarşı törədiblər. Xocalı soyqırımı türklərə qarşı törədilmiş sonuncu soyqırımdır, biz onu dünyaya tanıtmasaq yeniləri də baş verə bilər”.

Yaqub Öməroğlu: “Xocalı soyqırımı türk kimliyinə yönəldilmiş saldırıdır”

DSC_3154 copyAvrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlu isə məruzəsində bildirdi ki,

“Rusların türklərə qarşı sıxışdırma siyasəti Kırımın ilhaqıyla başlamışdır. Sonra İranla müharibədə Azərbaycanın bölünməsiylə Rusiya daha da Qafqazda irəliləmişdi. Şamil hərəkatının zəifləməsiylə Rusiya Qafqazdakı türk xalqına basqılarını artırmışdır. Azərbaycanın pambığı, nefti və s. təbii sərvətləri rus işğalçıları tərəfindən kəşf olunduqdan sonra Qafqazın önəmi daha da artdı.

24 Fevral 2016

By
@
backtotop