Vaşinqtonda Azərbaycan istehsalı olan şərabların təqdimatı keçirilmişdir

Azərbaycanın ABŞ-dakı səfirliyindən Diaspora.az saytına verilən məlumata görə Azərbaycan, Gürcüstan və Türkiyənin ABŞ-dakı səfirliklərinin dəstəyi və ABŞ-Azərbaycan Ticarət Palatası, Amerika-Gürcüstan Biznes Şurası və Amerika-Türkiyə Şurasının birgə təşkilatçılığı ilə  ABŞ-ın tanınmış Corctaun Universitetində hər üç ölkənin istehsalı olan şərab məmulatlarının təqdimatı və dequstasiyası keçirilmişdir.

Tədbirdə ABŞ-ın hökumət rəsmiləri, diplomatik korpus, eləcə də şərabçılıq məmulatları üzrə ekspertlər, distributorlar və mətbuat nümayəndələri iştirak etmişlər.

  • Tədbirin açılışında ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Süsən Sadıqova qonaqları salamlayaraq, bu tədbirin məqsədi barədə məlumat vermişdir. O, çıxışında həmçinin Azərbaycanda şərab istehsalının zəngin tarix və ənənəyə malik olduğunu qeyd edərək, ölkəmizdə istehsal edilən müxtəlif növ şərab məmulatlarının rəqabətin güclü olduğu ABŞ bazarına ixracı ilə bağlı yerli istehsalçıların imkanlarından danışmışdır.

Daha sonra səfir Elin Süleymanov çıxış edərək, tədbirin vacibliyini vurğulamış və Azərbaycan, Türkiyə və Gürcüstan arasında yaranmış və get-gedə möhkəmlənən strateji tərəfdaşlıqdan söhbət açmışdır. O, bu kimi tədbirin ölkələrimiz arasında hər bir sahədə əməkdaşlığın mümkünlüyünün bariz nümunəsi olduğunu söyləmişdir. Səfir Azərbaycanın zəngin neft və təbii qaz ehtiyatlarına malik ölkə kimi tanındığını, bununla belə əsas prioritetin bu ehtiyatların ixracından əldə edilən gəlirlər əsasında qeyri-neft sektorunun inkişaf etdirilməsi olduğunu bildirmişdir. Bu xüsusda, Azərbaycan diplomatı qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, o cümlədən ölkəmizdə istehsal olunan şərab məmulatlarının ABŞ-a ixracının təşviqi və bu sahədə iki ölkənin işgüzar dairələri arasında yeni əlaqələrin qurulması baxımından tədbirin xüsusi əhəmiyyət daşıdığını iştirakçıların diqqətinə çatdırmışdır.

Eyni zamanda, tədbirdə Gürcüstan səfiri Arçil Qeqeşidze, Türkiyə səfirinin müavini Tuqay Tunçer, Amerika-Gürcüstan Biznes Şurasının prezidenti Mamuka Tsereteli və Amerika-Türkiyə Şurasının prezidenti Hovart Qaret Bisley çıxış edərək, hər üç ölkə arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrindən danışmış, eləcə də tədbirin Azərbaycan, Gürcüstan və Türkiyə istehsalı olan şərab məmulatlarının ABŞ istehlakçıları arasında tanıdılması üçün yaxşı imkan olduğunu qeyd etmişlər.

Tədbirdə iştirak edən qonaqlar ölkəmizin istehsalı olan şərablara böyük maraq göstərmiş və onlara layiqincə qiymət vermişlər. Qonaqlara həmçinin Azərbaycanın mədəniyyət və milli adət ənənələrini əks etdirən əyani vəsaitlər nümayiş etdirilmişdir.

15 Fevral 2016

By
@
backtotop