Daşkənddə Azərbaycan milli geyimlərinin sərgisi keçirilib

Özbəkistandakı səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın milli geyimləri sərgisi açılıb.

Mədəniyyət Mərkəzinin foyesində yaradılan və daimi nümayiş etdiriləcək libaslar Bakıdakı Milli Geyim Evi tərəfindən hazırlanıb.

Kolleksiyaya Qarabağın XVII-XIX əsrlərə aid bir sıra mərasim, toy libasları, şənlik geyimləri, bölgənin zadəgan xanımlarının geyimləri, qadın və kişi libasları daxil edilib. Libaslar əsasən ipəkdən hazırlanıb və daş-qaşlarla bəzədilib.

Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, Özbəkistanda Azərbaycan mədəniyyətinə dair təbliğat işini daha da gücləndirmək məqsədilə Qarabağ və digər dilbər guşələrimizin geyimləri, xalçaları, mətbəxi ilə bağlı müxtəlif tədbirlər keçirilir.

Vurğulanıb ki, Mədəniyyət Mərkəzi tərəfindən 2015-ci ildə “Könlüm keçir Qarabağdan” adlı sərgidə Qarabağ xalçaları, mətbəx nümunələri nümayiş etdirilib, ötən ilin dekabr ayında isə “Azərbaycan-özbək milli geyimləri” adlı dəb sərgisində bu bölgəyə aid geyimlər də göstərilib.

S. Abbasov Azərbaycanın müxtəlif regionlarının özünəxas geyimləri ilə seçildiyini bildirib, milli geyimlərimizin dünyada tanıdılması və təbliği ilə əlaqədar Heydər Əliyev Fondunun layihələri haqqında məlumat verib.

Şair və tərcüməçi Şəhla Qasımova Qarabağ geyimlərinin diqqətəlayiq olduğunu və öz rəngarəngliyi ilə seçildiyini vurğulayıb. Qeyd edilib ki, bu da Qarabağda yaşayan azərbaycanlıların tarixinin, mədəniyyətinin nə qədər zəngin olduğunu sübuta yetirir.

Mədəniyyət Mərkəzinin nəzdindəki kurs və dərnəklərin şagirdlərinə sərgi barədə, Azərbaycanın Qarabağ bölgəsi, bu diyarın mədəniyyəti, geyimləri haqqında məlumat verilib.

Sonra Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı Qarabağ rəqslərini ifa edib.

06 Fevral 2016

By
@
backtotop