Tehranda Xalq Şairi Zəlimxan Yaqubun xatirəsi anılacaq

Fevralın 14-də İran Aşıqlar Birliyinin təşkilatçılığı ilə Tehranda Azərbaycanın Xalq Şairi Zəlimxan Yaqubun xatirəsini anma tədbiri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən  bildirilib ki, Tehranın “Əndiyşə” mədəniyyət sarayında keçiriləcək tədbirdə İranın 11 şəhərindən 130-dək ustad aşığın iştirakı gözlənilir.

Tədbirdə İranın mədəniyyət və islami irşad nazirinin müavini Əli Muradxaninin, Azərbaycanın İran İslam Respublikasındakı səfiri Cavanşir Axundovun, bir sıra dövlət və ictimai xadimin çıxışı nəzərdə tutulub.

Həmçinin Azərbaycan Aşıqlar Birliyi tərəfindən Əməkdar Mədəniyyət İşçisi Rəhman Ələsgərovun rəhbərlik etdiyi “Rasim” folklor qrupu və Əməkdar Mədəniyyət İşçisi Sərdar Məmmədov da anma tədbirində iştirak edəcəklər.

05 Fevral 2016

By
@
backtotop