Xarkovda Azərbaycanın Milli Qəhrəmanının xatirəsi yad edilib

Yanvarın 28-də Xarkovdakı “Dostluq” Azərbaycan-Ukrayna cəmiyyətinin idarə heyətinin üzvləri Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin memorial lövhəsinin önünə çiçəklər qoyub, nurlu xatirəsini yad ediblər. Tədbirdə, həmçinin Azərbaycanın Xarkovdakı Fəxri Konsulluğunun əməkdaşları, Milli Qəhrəmanın nəvəsi Vlada Seryogina iştirak edib.

Xatırladaq ki, Viktor Seryoginin xatirə lövhəsi vaxtilə onun Xarkovda yaşadığı binaya – Studençeskaya küçəsindəki 4 nömrəli evin fasadına 2004-cü ildə vurulub. Xatirə lövhəsinin müəllifi “Dostluq” cəmiyyətinin idarə heyətinin üzvü, tanınmış heykəltəraş, Ukraynanın Xalq Rəssamı Seyfəddin Qurbanovdur.

Viktor Seryogin Dağlıq Qarabağda beynəlmiləl borcunu yerinə yetirərkən igidlik və rəşadət göstərib, yüksək peşəkarlıq nümayiş etdirib. Ölümündən sonra Azərbaycan Milli Qəhrəmanının “Qızıl Ulduz” medalı onun ailəsinə 2002-ci yanvarın 3-də təqdim edilib.

Xarkov vilayətində yaşayan azərbaycanlılar Viktor Seryoginin xatirəsini daim ehtiramla yad edirlər.

30 Yanvar 2016

By
@
backtotop