İtaliya Prezidenti Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib

İtaliya Prezidenti Sergio Mattarella Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib. Qəbul IV Qlobal Bakı Forumuna hazırlıq məqsədi daşıyan “Dinlərarası dialoq yolu ilə radikallaşma və ekstremizmə cavab” mövzusunda yüksək səviyyəli hazırlıq görüşü çərçivəsində baş tutub.

Qəbulda iştirak edənlər arasında Bolqarıstan Prezidenti Rosen Plevneliyev, Makedoniya Respublikasının Prezidenti George İvanov, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, İtaliya, Polşa, Xorvatiya, Andorra, Latviya, Ukrayna, Rumıniya, Moldova, Albaniya, Serbiya və Bolqarıstanın sabiq prezidentləri də olub.

İtaliyanın dövlət başçısı müasir dünyada dözümsüzlüyə, zorakılığa, müxtəlifliklərə qarşı nifrətə yer olmadığını qeyd edərək, daha yaxşı dünya üçün bu kimi qlobal problemlərin aradan qaldırılmasının zəruriliyini vurğulayıb. Sergio Mattarella Orta Şərqdə, Afrikanın bəzi ölkələrində dağıntılara, Avropanın bir sıra şəhərlərində tələfata səbəb olan bu problemlərə qarşı mümkün olan bütün yollarla mübarizə aparmağın vacibliyini qeyd edib. O deyib: “Dinlərarası dialoq və hörmət birgəyaşayışın mühüm elementidir. Terrorizm həm də sivilizasiyalar alyansına ziddir”.

İtaliya Prezidenti çıxışını dahi Azərbaycan şairi Nizami Gəncəvinin misraları ilə bitirib.

Latviyanın sabiq Prezidenti Vayra Vike-Frayberqa Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyətinin əhəmiyyətini vurğulayaraq bildirib ki, qurum münaqişələrin qarşısının alınması və dinlərarası dialoqun təşkilinə böyük önəm verir. Dini fanatizmin tarixən səbəb olduğu münaqişələrdən, müxtəlif dini cərəyanların nümayəndələrinin dindən müharibə vasitəsi kimi istifadə etmələrindən danışan xanım Frayberqa ekstremist yanaşma tərzi olan siyasi və dini fanatiklərin sivil cəmiyyətlərin düşmənləri olduğunu qeyd edib.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin dünyanı narahat edən aktual məsələlərin müzakirəsi üçün bu görüşün böyük əhəmiyyətə malik olduğunu bildirib. O, Avropanı bürüyən qaçqın böhranı probleminə toxunub və bu sahədə kompleks tədbirlərin görülməsinin zəruriliyini vurğulayıb. Diqqətə çatdırıb ki, müvafiq istiqamətdə müxtəlif konfessiyaların humanizm prinsiplərindən çıxış edərək qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərmələri vacibdir.

İtaliyanın sabiq xarici işlər naziri Franko Frattini isə nifrət və zorakılığa qarşı “İnsanlıq Paktının” mümkün qədər tez imzalanmasının labüdlüyünü qeyd edib. O, fikirlərini bu sözlərlə tamamlayıb: “Mədəniyyətlərarası dialoq və tolerantlıq düşmənçiliyin qarşısını ala biləcək yeganə qayadır”.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

29 Yanvar 2016

By
@
backtotop