20 Yanvar şəhidlərinin xatirəsi İsraildə anılıb

Yanvarın 20-də “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinə həsr olunan tədbir keçirilib. Gecəylə evlər və küçələrdə nizamsız atəşə tutulan, tankların əzib keçdiyi insanların xatirəsini anmaq üçün yığışan tədbir iştirakçıları 20 Yanvar hadisələrinin baş vermə səbəblərindən və qoyduğu ağır izlərdən söhbət açıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən qanlı hadisələri xatırlayaraq xalqımızın başına gətirilən müsibətlər barədə məlumat verib.

“Azİz” Beynəlxalq Assosiasiyasının Direktorlar Şurasının üzvü Rauf Ağalarov, hadisə yerindən çəkilən fotoşəkillərin müəllifi, bakılı Boris Dobin, şair Lev Abramov, Afula sakinləri Tofiq Əlibəyov və Pyotr Rişal, Kiryat-Yama Şəhər Şurasının üzvü Marqarita Kozakova, Afula Bələdiyyəsi Absorbsiya İdarəsinin rəisi Svetlana Çerkasova, “Azİz” Assosiasiyasının baş direktoru Lev Spivak həmin gecə baş verən qanlı hadisələr barədə xatirələrini bölüşüblər.

Qeyd edək ki, mərasimdən iki gün əvvəl – yanvarın 17-də 20 Yanvar faciəsinin şəhidlərinin xatirəsi Qüdsdə anılıb. “Azİz” Assosiasiyasının baş direktoru Lev Spivak Assosiasiyanın Qüds bölməsinin rəhbəri Aleksandr Aqranovskinin Qüds Mətbuat Klubu ilə birlikdə təşkil etdiyi gecəyə toplaşanlara 26 il əvvəl baş vermiş dəhşətli hadisələrdənbəhs edib. Günahsız öldürülən təcili yardım xidmətinin həkimi Aleksandr Marxevkanın xalası Maya Speranskaya da tədbirdə iştirak edib.

21 Yanvar 2016

By
@
backtotop