Orxan Şafadiyayev:Biz Yəhudi xalqı çətin anlarda Azərbaycan xalqının yanındayıq

Bugün bütün Dünya Azərbaycanlıları, dinindən və siyasi baxışından asılı olmayaraq, “Qara Yanvar” faciəsini anır. Bu Azərbaycan tarixinin ən qanlı səhifələrindən biridir. Qara Yanvar hadisələri Sovet höküməti tərəfindən Azərbaycan xalqına qarşı edilmiş ən böyük haqqsızlıqlardan və eyni zamanda insanlıqa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. Mixail Gorbaçov kimi siyasətçilər və onun ətrafında olan cinayətkarlar belə qətllər üçün cinayət məsuliyyəti daşımalıdırlar. Məncə Mixail Gorbaçov Qara Yanvar hadisələrindən sonra Nobel Sülh Mükafatına laiq görülməsi çox böyük ləkədir Nobel Mükafatı üçün. Axı nəcə olur ki, yüzlərlə günahsız insanın qətllə yetirilməsi və yaralanmasına əsas səbabkar olan siyasətçi sonra da həmin ildə Nobel Sülh Mükafatını alır? Biz həqiqəti bilərək, bununla heç vaxt razı ola bilmərik. Biz Yəhudi xalqı belə çətin anlarda həmişə Azərbaycan xalqı ilə bir olmuşuq və bundan sonra da onun yanında olacağıq. Azərbaycanın Albert Agarunov kimi qəhrəmanı vardır ki, Azərbaycan torpaqlarının bütövlüyü və azadlığı ugrunda Şuşa döyüşlərində şəhid olub. Milli azadlıq, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizə aparan əsgərlərimizə, həlak olan bütün Azərbaycan şəhidlərimizə Allah rəhmət eləsin. Biz Azərbaycan Yəhudiləri olaraq Azərbaycana və Azərbaycan xalqına edilmiş haqqsızlığı heç vaxt unutmayacagıq və unutdurmayacayıq. Almaniyada ki Dag Yəhudilərin Icması adından istərdim qeyd edim ki, biz bu ədalətsizliyi və bütün həqiqəti illər keçsədə Dünya Ictimayyətinə çatdıracagıq! Həqiqət bir gün parıldıyacaq və bütün cinayətkarlar törətdiyi cinayət üçün məsuliyyətini daşıyacaqlar.

Almaniyadakı Dağ Yəhudilərin İcmasının sədri Orxan Şafadiyayev

20 Yanvar 2016

By
@
backtotop