20 Yanvar faciəsinin ildönümü İstanbulda da qeyd olunub

Azərbaycan Respublikasının İstanbul şəhərindəki baş konsulluğunda 20 Yanvar faciəsinin 26-cı ildönümü ilə əlaqədar anma mərasimi təşkil edilib.

Əvvəlcə iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotolardan ibarən stendə baxıblar.

Tədbirdə İstanbulda yaşayan həmvətənlərimiz, eləcə də tələbələrimiz, tanınmış alimlər, diaspor rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.

Mərasim Azərbaycanın azadlığı uğrunda şəhid olmuş qəhrəman insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

Baş konsulluğun rəhbəri vəzifəsini icra edən Esmira Hüseynova, Yıldız Texniki Universitetinin professoru Adil Allahverdiyev, AZƏRTAC-ın Türkiyə və Səudiyyə Ərəbistanı Krallığı üzrə xüsusi müxbiri Sabir Şahtaxtı, İstanbuldakı Azərbaycan-Türkiyə Dərnəyinin (İSTAD) sədri Səfər Qaraqoyunlu və yazıçı – publisist Kəbutər Haqverdinin çıxışları dinlənilib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş faciə və Azərbaycanın azadlığı uğrunda küçələrə çıxmış dinc sakinlərə qarşı törədilən hərbi cinayət haqqında geniş məlumat verən Esmira Hüseynova faciədən dərhal sonra ümummilli lider Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək ilk dəfə bu hadisəni törədən cinayətkarların adlarını açıq şəkildə bəyan etdiyini iştirakçıların diqqətinə çatdırıb. E.Hüseynova bildirib ki, Ulu Öndər böyük cəsarətlə 20 Yanvar cinayətinin əsl siyasi mahiyyətini dünya ictimaiyyətinin diqqətinə çatdırıb.

20 Yanvar hadisələrinin Azərbaycan tarixinin şərəf salnaməsi olduğunu xatırladan professor Adil Allahverdiyev qeyd edib ki, öz qanı ilə xalqımızın Vətənimizin bütövlüyünü qoruyan şəhidlərimizin qəhrəmanlığı gənc nəsil üçün mübarizə örnəyidir.

S.Qaraqoyunlu diqqətə çatdırıb ki, 20 Yanvar hadisələri qardaş Türkiyədə böyük bir nigarançılıq, ürəkağrısı ilə qarşılanıb. O zaman Azərbaycanın harayına çata bilməyən Türkiyə xalqı qəhrəman övladlarımızın xatirəsinə həmişə böyük ehtiram göstərib, qardaş ölkənin ziyalıları Bakıda törədilən faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün bütün imkanlardan istifadə edib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə və sonrakı günlər Bakıda gördüklərini iştirakçılarla bölüşən S.Şahtaxtı bildirib ki, Bakıda törədilən bu faciə Azərbaycan xalqında inamsızlıq, ümidsizlik yaratmışdı. Lakin ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyinə gələrək bu qanlı hadisəyə siyasi qiymət verməklə xalqımızda yeni bir mübarizə əhval-ruhiyyəsi yaratdı.

20 Yanvar faciəsinin dəhşətli anlarından danışan yazıçı-publisist, şəhid bacısı Kəbutər Haqverdi bildirib ki, Azərbaycan xalqı tarixin bütün dövrlərində öz qəhrəman övladlarının adını uca tutub. Şəhidlər xiyabanının vətəndaşlarımız tərəfindən böyük ehtiramla yad edilməsi buna bariz nümunədir.

Məlumat verilib ki, 20 Yanvar – Şəhidlərin xatirə günü ilə əlaqədar baş konsulluq tərəfində hazırlanmış press-reliz və buklet Türkiyənin aparıcı media orqanlarına göndərilib.

19 Yanvar 2016

By
@
backtotop