Astanada keçirilən tədbirdə 20 Yanvar faciəsinin səbəb və nəticələri haqqında danışılıb

Azərbaycanın Qazaxıstandakı səfirliyi və Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzləri İttifaqının birgə təşkilatçılığı ilə Qanlı Yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib.

Qazaxıstan Milli Arxiv İdarəsində keçirilən tədbirdə ictimai-siyasi xadimlər, qeyri-hökumət təşkilatının nümayəndələri və diasporumuzun fəalları iştirak ediblər.

Mərasimdə çıxış edən səfirliyin müvəqqəti işlər vəkili Şahin Əhmədov xalqımızın mübarizə tarixində ən qanlı səhifələrdən olan 20 Yanvar faciəsinin səbəb və nəticələrindən bəhs edib. Diplomat məhz ulu öndər Heydər Əliyevin xidməti nəticəsində bu hadisəyə siyasi qiymət verildiyini vurğulayıb, Vətənin azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsinin hər zaman uca tutulacağını və bu faciənin günahkarlarının cəzalandırılacağını qeyd edib.

Daha sonra Qazaxıstandakı Azərbaycan icmasının sədrləri Vidadi Salahov və Vidadi Ağayev çıxış edərək Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsinin unudulmadığını və Azərbaycanın müstəqilliyi, dövlətçiliyimizin bərpası uğrunda mübarizədə həlak olmuş şəhidlərimizin misilsiz qəhrəmanlıqlarının vətəndaşlıq qürurunun və qan yaddaşımızın əyani təzahürü olduğunu vurğulayıblar.

Digər çıxış edənlər də 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqilliyi uğrunda apardığı mübarizənin ən şərəfli tarixi olduğunu bildiriblər. Azərbaycan xalqının bu ağrılı günlərdən mərdliklə çıxdığı vurğulanıb. Diqqətə çatdırılıb ki, keçmiş sovet dövlətinin hərbiçilərinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Tədbirdə 20 Yanvar hadisələrinin dəhşətlərini əks etdirən sənədli film və fotolar nümayiş olunub.

19 Yanvar 2016

By
@
backtotop