Mediamızın diaspor dərdi

Böyük Vətən müharibəsi qutardıqdan sonra Laçında rayon mərkəzindən xeyli uzaqda yerləşən bir kəndin ağsaqqaları Stalinə məktub yazırlar. Partiyaya sədaqətdən, Leninin xilaskar rolundan, Sovet İttifaqının alman faşistləri üzərindəki şanlı qələbəsindən yazan kənd ağsaqqalları sonda gileylənməyi də unutmurlar: “Yoldaş Stalin, sizdən incimişik. Müharibə eləmisən, amma bizə deməmisən”.

Son vaxtlar bəzi media qurumlarında diasporumuzu hədəfə alan yazıların yer alması bu lətifədəki əhvalata bənzəyir. Maraqlıdır ki, mətbuatımızda bu tip umu-küslərlə dolu məktublar yazan “yazar”ların sayı çoxalmaqdadır. Diasporun nə hərfi, nə də həqiqi mənasını bilməyən belə insanların ekspert qismində çıxış edərək bu sahə ilə məşğul olan insanları hədəfə alması nə millətimizə, nə dövlətimizə, nə də mediamıza başucalığı gətirmir.
Dünyanın ən qədim və ən güclü diasporu sayılan yəhudi diasporunun özündə belə, problemlər kifayət qədərdir. Ancaq bizdən fərqli olaraq İsrail mediası bunun yayılmasına imkan vermir.

Könül işi sayılan diasporu yaradan da, formalaşdıran da insanlardır. Sirr deyil ki, bütün diaspor təşkilatları heç də eyni güclə, eyni şövqlə işləmir. Amma bir nəfərin yarıtmaz fəaliyyətinə görə hamını hədəf seçmək, tənqid etmək nə qədər doğrudur?
Milli birliyin, milli mədəniyyətin, milli dövlətçiliyin ən etibarlı dayaqlarından biri olmaqla yanaşı, diaspor həm də təmsil elədiyi dövlətin xaricdəki əksidir. Təbii ki, diasporumuzla yaxından maraqlanmaq, onların üzləşdiyi ictimai-siyasi problemləri öyrənmək və bu problemlərdən çıxış yolu aramaq mətbuatın əsas işlərindən biri olmalıdır. Ancaq necə? Kimisə hədəf seçmək, sifarişli yazılar yazmaqlamı?

Unutmayaq ki, həssas bir məsələ sayılan diaspor işi çətin və məsuliyyətli olmaqla yanaşı, həm də strateji bir məsələdir. Bu, bir dövlət siyasətidir və aidiyyəti qurum Diasporla İş üzrə Dövlət Komitəsi bu işi koordinasiya edir. Bütün fəaliyyəti boyu hansısa diaspor rəhbərinin başına gələn yaxşı və yaxud pis işləri tirajlmaqdan başqa bir iş görməyən bəzi media nümayəndələrinin dövlətin əksini hədəfə alması, 60 -dan çox ölkədə Azərbaycanı, Azərbaycan həqiqətlərini təbliğ edən insanları hədəf seçilməsi düşmən dəyirmanında un üyütməkdən başqa bir şey deyil. Aydın olmayan çox məsələlərin içərisində bir şey aydındır. Mediamızın diaspor dərdi var. Hələ ki, gec deyil, ayılın, yoldaşlar!

Mediamızın diaspor dərdi

18 Yanvar 2016

By
@
backtotop