Prezident Bolqarıstan Respublikasına yeni səfir təyin edib

Prezident İlham Əliyev Nərgiz Akif qızı Qurbanovaya ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinin verilməsi ilə bağlı sərəncam imzalayıb.

Ölkə başçısının digər sərəncamı ilə N. Qurbanova Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Nərgiz Qurbanova uzun müddət Azərbaycanın ABŞ-dakı səfirinin müavini vəzifəsində çalışıb.

Prezident İlham Əliyev 18 aprel 2013-cü il sərəncamı ilə N.A.Qurbanovanı Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirinin müavini təyin edib.

23 dekabr 2013-cü il tarixində isə N.A. Qurbanovanın Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfirinin müavini vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Xanım diplomat həmçinin Çikaqoda 4-cü illik enerji, (4th Multinational Energy and Values Conference) 8-ci illik İpək Yolu konfranslarında iştirak edib və Azərbaycanın enerji siyasətindən, Avropanın enerji təhlükəsizliyində oynadığı roldan danışıb.

Xatırladaq ki, Azərbaycan dövlətçilik tarixinə ilk diplomat xanım Sara xatun olub./Axar.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

12 Yanvar 2016

By
@
backtotop