İstanbul Azərbaycan Mədəniyyət Evinin rəhbəri Hikmət Elplə müsahibə

Hikmət Elp: “Türkiyədə Azərbaycanla bağlı bir boşluq varsa, o boşluqları doldurmağa çalışırıq”
İstanbul Azərbaycan Kültür Evinin rəhbəri Hikmət Elplə müsahibəni təqdim edirik..

-Hazırda təşkilatınız hansı işlərlə məşğuldur?
– İstanbul Azərbaycan Kültür Evi, adından da anlaşıldığı kimi, Azərbaycan tarixini, mədəniyyətini başda Türkiyə insanı olmaqla gücümüzün çatdığı yerlərə kimi tanıtmaq və İstanbulda yaşamaqda olan və mədəniyyətimizə bağlı olan hər kəsi bu təşkilatın fəaliyyətləri altında toplamaqdır. Bu barədə yüksək səviyyədə gördüyümüz xeyli işlər də var. Onlardan bəziləri haqqında məlumat verim. Hər il Novruz bayramını həmyerlilərimizlə bir yerdə qeyd etməyi və Novruz bayramının ən qədimdən qalan türk bayramı olduğunu Türkiyə insanına tanıtmağı özümüzə borc bilmişik. Hər il Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində Azərbaycan Mədəniyyət Günləri adı altında konsertlər təşkil edirik. 28 May-Azərbaycanın Müstəqillik Günündə konsertlər keçiririk. Hətta bu konsertlərdə diqqət yetirdiyimiz bir şey də var ki, birlik və həmrəylik ruhunu oyandırmağı arzu edirik. Bir çox şeylərdə ilklərə imza atan Kültür Evimiz, yenə universitetdə oxuyan gənclərə Azərbaycanla bağlı bilik yarışmasını da biz düzənlədik. Keçən il yenə bir ilk olaraq Kültür Evimiz adına, “Azərbaycan kültür yayınları” adı ilə nəşriyyat evi qurduq. Burada Azərbaycan barədə tanıtım məqsədli və Azərbaycan missiyasına aid olan kitabları çapa verməyə başladıq. Məqsədimiz başda Qarabağ olmaqla, İrəvanın tarixi, Təbrizin Azərbaycan tarixində yeri haqqında kitablar çapa verməkdir. Bununla yanaşı, Qarabağ məsələsi və Xocalı faciəsi olmaqla bir çox mövzularda konfranslar təşkil etdik.
-Azərbaycanlı gənclərə nə kimi dəstək göstərirsiz?
-Biz geniş imkanlara sahib bir təşkilat deyilik, ancaq Türkiyədə və dolayısı ilə İstanbulda yaşayan insanlarımıza əlimizdən gələn köməyi etdiyimiz kimi gənclərimizə də edə bildiyimiz hər nə varsa edirik. Gənclərimizi milli maraqlarımız, mədəniyyətimiz barədə məlumatlandırırıq. Tədbirlərimizə onları da dəvət edirik. Elə bunlardan biri də Azərbaycanla bağlı sualları olan bilik yarışmaları edirik. Bu yarışmaları mükafatlı edərək, onların marağını cəlb etməyi təmin edirik. Məsələn, keçən dəfə birinci olana bir “notebook”, ikinci olana “tablet”, üçüncü olana da mobil telefon hədiyyə etdik. Bu mükafatları da burada yaşayan soydaşlarımzın dəstəkləri ilə verdik . Xaricdə oxuyan gənclərimizin əksəriyyətinin maddi vəziyyəti aşağı olur. Onların İstanbul kimi yerdə yaşayışı ilə bağlı imkanları çatmayanda məcburən işləmək istəyirlər. Biz də ətrafımızda olan dostlardan bu barədə kömək istəyirik ki, onları işlə təmin etsinlər. Belə olanda tələbələrimizin həm yaşayışları təmin olunur, həm də dərslərindən qalmırlar. Bəzi universitetlərdə problemi olan gənclərimizlə də əlaqə yaradaraq, onların problemlərini həll etməyə çalışırıq.
-Azərbaycandan Türkiyəyə gələn tələbələrin neqativ yollara getməməsi üçün nə edilməlidir? Türkiyədəki diasporumuz bu baxımdan hansı işlər görə bilər?
-Gənclərimizə Azərbaycanı sevməyi öyrətmək gərəkdir! Məlumatlı və savadlı olmalarını təmin etmək gərək ki, yanlış işlərə baş qoşmasınlar. Bu da var ki, onların bura gəlməyi ilə bağlı dövlət qayğı göstərməlidir və xaricdə işləyən Azərbaycan rəsmiləri gənclərimizi sevməlidir. Onlar rəsmilərlə görüş olanda ata-ana qəbuluna gedən kimi getməlidir. Yoxsa bəzi gənclərimiz ayrı-ayrı yollara düşməli olur. Bu da Azərbaycanın gələcəyi olan insanlarımızın itirilməyi anlamına gəlir.
-Hansı perspektiv planlarınız var?
-İstanbul Azərbaycan Kültür Evi olaraq, Türkiyədə Azərbaycanla bağlı bir boşluq varsa, biz əlimizdən gəldiyi qədər o boşluqları doldurmağa çalışırıq. Bugünlərdə Azərbaycan incəsənəti ilə bağlı bəzi layihələrimiz var və onları həyata keçirməyi düşünürük. Bununla həm incəsənətimizi tanıtmaq, həm də onun üzərindən missiyamızı yeritmək arzusundayıq. Yaxın günlərdə Aygün Həsənoğlunun qələmə aldığı və Kəmalə Nəbibəyovanın səhnəyə qoyduğu “Adsız qadın” tamaşası səhnəyə qoyulacaq. Ayrıca, “Azərbaycan kültür yayınları” olaraq Azərbaycanın tanınmış şəxsiyyətlərinin həyatı haqqında kitabların Türkiyədə nəşr olunmasına da başladıq. Hazırda Əli bəy Hüseynzadənin çalışması əlimizdədir. Gələn ay bu kitabı nəşr edəcəyik.
Fuad Hüseynzadə
Palitranews.az

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

07 Yanvar 2016

By
@
backtotop