Döyüldüyü iddia edilən diaspor rəhbərindən açıqlama

Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Milli Mədəniyyət Mərkəzi idarə heyətinin sədri Mobil Məmmədov Diaspora.az saytına məktub göndərib

“İnformasiya agentliklərində yayımlanan “Özbəkistanda diaspor sədrimiz döyülüb” adlı məqalə haqqında açıqlama vermək məcburiyyətində qaldım. Nəzərinizə çatdırmaq istəyirəm ki, bu xəbərlər tamamilə əsassız olub, mənim biznes fəaliyyətimi və bir başa diaspor təşkilatını düşünülmüş şəkildə qaralamaq məqsədi daşıyır. Həmin xəbərlərdə yayımlanan şəkillər 2014-cü ilin 29 mart tarixində keçirilən hesabat – seçki konfransındakı idarə heyətinin iclasındandır. Xəbərlərdə eyni zamanda azərbaycanlıların yuyat (ölü yuyulan yer) olaraq istifadə etdiyi yerin tərəfimdən “ələ keçirildiyi” yönündə çox gülünc iddia dərc olunub. Həmin otaq uzun illər təmir olunmadığı üçün yararsız hala və qəza vəziyyətinə düşdüyü üçün 2014-cü ildə diaspor üzvləri həmin otağın yenidən qurulması xahişi ilə şəhər hakimiyətinə müraciət edib. Bundan sonra bizə rəsmi icazə verilib. Bəhs olunan yuvat sökülüb, yenidən inşa edilir və bu prosses tezliklə yekunlaşacaq. İnşaat diaspor üzvlərinin maddi köməyi hesabına aparılır. Bu xeyriyyə işində eyni zamanda Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də öz köməkliyini göstərir. Qısası, el gücü ilə aparılan tikinti hər kəsin diqqət mərkəzindədir. Toplanan və xərclənən vəsaitin hesabatı açıq və aydın aparılır.

Mənim adımı qaralama məqsədilə yazılan məqələdə deyilir ki, güya Səfirliyin keçmiş işçisi Nəsimi Ağababyevlə mənim biznes əlaqəm olub. Bu da yalandır. Mənim Nəsimi Ağababayev ilə heç bir biznes və ya başqa işim olmayıb.

N.Ağababayev səfirliyin işcilərilə daxili narazıçılıqları ola bilsin ki olub, işindən də vəzifəsini layiqincə yerinə yetirmədiyinə görə Xarici İşlər Nazirliyi azad edib. Bunlarla mənim heç bir əlaqəm yoxdur.

Mən Səfirimizə heç bir iddiam olmayıb. Mən daim Azərbaycanımızı təmsil edən, dövlət işini layiqli aparan hər bir əməkdaşına və Azərbaycanlı olan iş adamına, bir azərbaycanlı kimi həmdə diaspor təşkilatının rəhbəri kimi dəstəkləmişəm. Bu münasibətim də heç vaxt dəyişilməyəcək.

Nəzərinizə çatdırmaq istəyirəm ki, Özbəkistan Respublikasının müstəqilliyinin 24-cü ildönümü ərəfəsində diaspor təşkilatımızın millətlər arası dostluq münasibətlərini möhkəndirmək istiqamətində apardığı işləri nəzərə alaraq Özbəkistan Respublikası dovlət mükafatı – “Dostluq” Ordeni ilə təltif edilməyim həmin ölkə rəhbərliyinin işimizə verdiyi önəmin böyük göstəricisidir. Bayramlar ərəfəsində şəxsən mənim adımın və diaspor təşkilatımızın belə ürəkbulandıran məsələlərdə hallanmasına görə təəssüf hissi keçirdiyimi bir daha bəyan etmək istəyirəm. Gördüyümüz işlərin nəticəsi olaraq unutmamalıyıq ki, bu kimi xəbərlər təşkilatımızın illər ərzində apardığı işlərinə, əldə etdiyi uğurlara böyük zərbədir”.

03 Yanvar 2016

By
@
backtotop