Daşkənddə Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib

Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Özbəkistanda fəaliyyət göstərən səfirlər və digər diplomatlar, ölkənin ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərliyi, diasporumuzun üzvləri, mətbuat nümayəndələri iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev bayram münasibətilə qonaqları təbrik edərək bildirib ki, bu əziz bayram ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O deyib ki, ilk dəfə 1991-ci ildə Naxçıvan Muxtar Respublikasında təsis edilən Həmrəylik Günü 1993-cü ildən etibarən Ulu Öndərin Fərmanına əsasən Azərbaycanda bayram kimi qeyd olunmağa başlayıb. Səfir ümummilli lider Heydər Əliyevin bu tarixi qərarının mahiyyəti və əhəmiyyəti haqqında da söhbət açıb.

Daha sonra keçirilən konsertə Özbəkistanın “Soqdiana” Xalq Çalğı Alətləri Kamera Orkestri dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürası ilə başlayıb.

Konsertdə Kasımcan Nazarov, Covlan Almatov, Rüstəm Əlimərdanov, Məsumə Baltabaeva və başqaları Üzeyir Hacıbəyli ilə yanaşı, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev kimi görkəmli bəstəkarlarımızın əsərlərini, Azərbaycan xalq mahnılarını ifa ediblər.

Tamaşaçılar Ü.Hacıbəylinin “Sənsiz”, “Sevgili canan”, “Arşın mal alan” əsərlərindən Gülçöhrənin və Əsgərin ariyalarını, Fikrət Əmirovun “Qarabağ-Azərbaycanın incisi” nömrələrini ayaq üstə alqışlayıblar.

Tədbirin sonunda ziyafət verilib.

Fikriniz maraqlıdır…

Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini necə qiymətləndirirsiz?

Nəticələr

Loading ... Loading ...

Saytda axtar

29 Dekabr 2015

By
@
backtotop